Qafqaz Universiteti Kimya Laboratoriyası Tanıtım Filmi
Qafqaz Universiteti və BP Azərbaycan şirkətinin müştərək layihəsi çərçivəsində Qafqaz Universitetində 24 may 2011-ci il tarixində kimya mühəndisliyi laboratoriyalarının açılış mərasimi keçirildi. Laboratoriyalar beş otaqdan ibarətdir. Ümumi Kimya Laboratoriyası Bu laboratoriya təməl kimyəvi prosesləri təcrübələr vasitəsi ilə anlamaq üçün qurulub. Əlavə olaraq laboratoriya ilə tanışlıq zamanı tələbələr məlumat toplayıb analiz edəcək, təcrübələrin nəticələrini təhlil edərək müxtəlif qaynaqlardan istifadə etməklə vərdişlərini daha da inkişaf etdirə biləcəklər. Laboratoriyanın təhlükəsizliyinə və avadanlıqlardan ehtiyatlı istifadə edilə bilməsi vərdişləri də tələblərə bu laboratoriyada aşılanacaqdır. Analitik Kimya Laboratoriyası Bu laboratoriyada keyfiyyət analizi, ayırma prosesləri müasir cihazlar vasitəsi ilə öyrənilir. Bu cihazlara alov fotometri, sentrifuqa aparatı, Karl-Fişer titratoru və s. daxildir. Laboratoriyadakı şərait nəinki tələbələrin praktik işlərlə ...