Ulu öndərimiz Heydər Əliyevin nurlu ideyaları əbədi yaşayacaqdır
Aprelin 29-da Qafqaz Universitetində (QU) ümummilli liderimiz Heydər Əliyevin 85 illik yubileyinə həsr edilmiş "Heydər Əliyev və Azərbaycanda dövlət qadın siyasəti" mövzusunda ümumrespublika konfransı keçirilmişdir. Təhsil Nazirliyi, Qafqaz Universiteti və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə keçirilən tədbirdə tanınmış alimlər və pedaqoqlar, Milli Məclisin deputatları, tələbələr iştirak etmişlər. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova ümummilli liderimiz, müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin Azərbaycan qadınına göstərdiyi diqqət və qayğıdan danışmışdır. Bildirilmişdir ki, ulu öndərimiz Heydər Əliyev qadınların siyasi və ictimai təşkilatlarda geniş təmsil olunmasına böyük əhəmiyyət vermişdir. Ölkəmizdə qadınların inkişafı üçün geniş imkanlar yaradıldığını qeyd edən natiq bütün bu nailiyyətlərin ümummilli liderimiz Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlı olduğunu söyləmişdir.M...