Qafqaz Universiteti Beynelxalq Münasibetler bölmesinin telebeleri yarışmada üç ödül aldılar



13 oktyabr 2011-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi(SAM) Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsinin 20-ci ildönümü ilə bağlı 2011-ci ilin mart ayında elan etdiyi ümumrespublika məqalə müsabiqəsinin yekunlarına həsr olunmuş qaliblərin mükafatlandırılması mərasimini keçirmişdir. Müsabiqə Azərbaycanda siyasət, tarix, hüquq, beynəlxalq hüquq və münasibətlər, iqtisadiyyat sahəsində təhsil alan gənclərin oxuduqları sahələrdə müstəqilliyin keçdiyi yola dair analitik təhlil qabiliyyətlərinin, yeni istedadların aşkara çıxarılması  məqsədi ilə keçirilmişdir. Müsabiqədə ümumilikdə 10 qalib, bir qran pri, üç 1-ci yer, üç 2-ci yer və üç 3-cü yerin sahibləri mükafatlandırılmışdır.  Qaliblərdən üçü Qafqaz Universitetini təmsil etmişdir. Qafqaz Univeristeti Beynəlxalq Münasibətlər bölməsinin məzunları Ariz Hüseynov və Qanı Nəsirov müvafiq olaraq 1-ci və 2-ci yerin qaliblərindən və hal-hazırda Beynəlxalq Münasibətlər bölməsinin ikinci kurs tələbəsi olan Səbuhi Xəlilov isə 3-cü yerin qaliblərdən olmuşdur.
Dos. Rövşən İBRAHİMOV

Bu blogdaki popüler yayınlar

THE UNIVERSITY WHICH IS CHOSEN BY THE STUDENTS WITH THE TOP SCORE OF 700

Təhsil naziri Ətraf Mühitin Mühafizəsi VI Beynəlxalq Layihə Olimpiadasının iştirakçıları ilə görüşüb

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq