“Dayanıqlı inkişaf və idarəetmə modelləri: nəzəriyyə və praktika” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçiriləcək

10:45 (24.10.2011)
23-25 dekabr 2011-ci il tarixlərdə Lənkəran Dövlət Universitetində “Dayanıqlı inkişaf və idarəetmə modelləri: nəzəriyyə və praktika” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçiriləcək.
Lənkəran Dövlət Universiteti, AMEA Lənkəran Regional Elmi Mərkəzi, Sumqayıt Dövlət Universiteti, Qafqaz Universiteti və Azərbaycan Turizm İnstitutunun birgə təşkilatçılığı ilə keçiriləcək konfransda dayanıqlı inkişaf və idarəetməyə dair müasir təbiətşünaslıqda, humanitar və ictimai-siyasi elmlərdə alınan elmi-praktik əhəmiyyətli nəticələrə dair məruzələr dinləniləcək.
Konfransın əsas bölmələri:
1. Heydər Əliyev irsi və Azərbaycanın müasir inkişafında İlham Əliyev mərhələsi
2. Azərbaycanın milli inkişaf modeli
3. Təhsil və sosial-iqtisadi inkişaf
4. İnformasiya texnologiyaları ilə sosial-iqtisadi inkişaf
5. Dayanıqlı inkişafın elmi-nəzəri problemləri
6. İdarəetmə və optimal idarəetmə modelləri
7. Qloballaşma şəraitində sosial-iqtisadi və ekoloji inkişaf
Konfransın sonunda mövzuya dair tələbə və gənc tədqiqatçılar üçün bir həftəlik tədris seminarı da nəzərdə tutulur. Seminarda tanınmış alimlər nümunəvi dərslər (master klass) keçirəcəklər.
Konfransın işinə dair məlumat Təşkilat Komitəsi tərəfindən mütəmadi veriləcək.
Konfransda iştirak etmək istəyənlər 31 oktyabr 2011-ci il tarixədək qeydiyyat vərəqini, 1 səhifə həcmində məruzə tezisini kağız və elektron formada göndərə bilərlər. Məruzələrin tam mətni və onların elektron forması 10 dekabr 2011-ci ilədək göndərilməlidir.
Ünvan:
AZ-4200, Lənkəran şəhəri, general Həzi Aslanov xiyabanı, 50.
Lənkəran Dövlət Universiteti, www.lsu.edu.az
e-mail: conference@lsu.edu.az
tel: (0171) 5-25-88, 5-03-40, 5-42-61; faks: (0171) 5-27-86
Əlaqələndirici şəxs: dosent Şəmmədov Ramiz, mob: +994703212018
http://www.science.az/az/index.php?id=3998

Bu blogdaki popüler yayınlar

THE UNIVERSITY WHICH IS CHOSEN BY THE STUDENTS WITH THE TOP SCORE OF 700

Təhsil naziri Ətraf Mühitin Mühafizəsi VI Beynəlxalq Layihə Olimpiadasının iştirakçıları ilə görüşüb

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq