Türkiyənin İzmir şəhərində 140 ölkənin iştirak etdiyi XI Türkçə olimpiadları proqramı çərçivəsində sərgi təşkil olunub.
Bundan sonra Türkçə olimpiadaların final mərhələsi çərvisəsində Azərbaycanı bu yarışmada təmsil edən iştirakçıların konserti baş tutub. Konsert İzmir kültür parkındakı Atatürk amfiteatr səhnəsində keçirilib. Finalın bir addımlığında olan seçilmiş iştirakçılar mahnı, şeir, rəqs nömrələri altında çıxış ediblər. Azərbaycanı təmsil edən iştirakçıları izləməyə çox sayda İzmir əhalisi gəlib. Çıxış edən ifaçıların məharəti, istedadı tamaşaçıların böyük marağına səbəb olub və sürəkli alqışları ilə müşayiət olunub.
Konsertdə Azərbaycan tərəfindən 500 -ə yaxın nümayəndə və çox sayda jurnalist heyəti iştirak edib. Eyni zamanda tədbirə "Çag Öyrətim" işlətmələrinin prezidenti Ənvər Özərən, Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil müşaviri, Azərbaycan-Türkiyə Özəl Liseyləri Baş İdarəsinin rəisi Mesut Kurnaz və bir sıra rəsmi şəxslər qatılıb.
Konsert tamaşaçılarına Azərbaycan bayrağı, Azərbaycan sözü yazılmış şarlar, şəkilli yelpazalar, tanıtım buraşuları paylanılıb.
Günel Türkso