Qafqaz Universiteti Azərbaycan Respublikası Sahibkarlar Təşkilatları Milli Konfederasiyası ilə əməkdaşlıq razılaşması imzalayıb
R.Rzayev həmçinin bildirib ki, bu razılaşma ölkənin sahibkarlıq sektorunun elmi-tədris işlərinə cəlb edilməsi, dünyanın qabaqcıl elmi-texniki nailiyyətlərinin sahibkarlığın inkişafına tətbiq edilməsi, iqtisadiyyatın ayrı-ayrı sahələrinin inkişafı, sahibkarlıq subyektlərinin maarifləndirilməsi və fəaliyyətinin inkişafına kömək göstərməsinə də yardım edəcək.
Qeyd edək ki, əməkdaşlıq razılaşmasının imzalanmasından sonra Qafqaz Universitetinin rektoru Ahmet Saniç Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının prezidentini universitetlə daha yaxından tanış edib.
http://www.azxeber.com/index.php?action=static_detail&static_id=32900