Qafqaz Universitetində "Riyaziyyat-məntiq" sərgisi açılmışdır

Bu gün Qafqaz Universitetində "Riyaziyyat-məntiq" sərgisi açıldı. Açılış mərasimində Qafqaz Universiteti olimpiada komitəsinin sədri Bəhman Məmmədov sərgi barədə məlumat verərək, onun əhəmiyyətindən danışdı.

Qeyd edək ki,  Universitetin pedaqogika fakültəsi tərəfindən təşkil olunmuş sərgidə riyaziyyata dair 100-dək riyazi oyun (əl işi) təqdim edilmişdir. Sərginin məqsədi riyaziyyata sevgi və marağı artırmaqdır.
Universitetin tələbəsi Şəms Ənnağızadə  bizə hazıladıqları oyunları göstərdi.  Sərgidə çox maraqlı məntiq oyunları nümayiş etdirilirdi.  Sonra iştirakçılar sərgi ilə tanış olmuşlar.
Onu da deyim ki, sərgi Abşeron, Quba, Şamaxı, Lənkəran və digər rayonların orta ümumtəhsil məktəblərində də nümayiş etdiriləcək.
İRADƏ
http://www.reportyor.com/index.php?cat=cemiyyet&id=11933

Bu blogdaki popüler yayınlar

Rektörümüz Bilimsel Toplantı ve İşbirliği İçin Azerbaycan Kafkas Üniversitesinde

II Univiziya Tələbə Mahnı Müsabiqəsinə iştirak hüququ qazanmış təhsil müəssisələri və tələbələrin siyahısı - 2013-04-12

İnformatika üzrə VIII Ümumrespublika Olimpiadası”nın FİNAL mərhələsində I, II, III, IV yerləri Qafqaz Universitetinin komandaları qazanmışlar.