Yardımlı Rayon Təhsil şöbəsində görüş

Fevralın 1- də Azərbaycan Respublikası Təhsil Nazirliyinin Yardımlı Rayon Təhsil şöbəsinin müdiri Manaf Balışov Lənkəran Özəl Türk Liseyinin müdiri Murat Kadifeci və Lənkəran “Araz” hazırlıq kurslarının müdiri Musa Şükürovu qəbul edib. Qəbul zamanı Lənkəran ÖTL-nin müdiri M. Kadifeci və Lənkəran “Araz” hazırlıq kurslarının müdiri M. Şükürov ARTN-nin Yardımlı Rayon Təhsil şöbəsinin müdiri  M. Balışova rəhbərlik etdikləri tədris müəssisələrinin fəaliyyətə başladığı dövrdən əldə etdikləri nailiyyətləri, uğurları barədə ətraflı məlumat veriblər. Bu il Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi ali məktəblərə qəbul imtahanları zamanı məzunlarının yüksək nəticələr göstərmələrindən, Respublikada və dünyanın bir çox ölkələrində keçirilən Beynəlxalq Fənn Olimpiadalarında layiqli yerləri tutmalarından geniş söhbət açıblar. Bu göstəricilərin daha da yüksəlməsi üçün lazımi şəraitin hazırlandığını və yeni tədris ilini də uğurla başa vuramağı qarşılarına məqsəd qoyduqlarını bildiriblər. 

Yardımlı Rayon Təhsil şöbəsinin müdiri Manaf Balışov Lənkəran Özəl Türk Liseyinin və “Araz” hazırlıq kurslarının nüfuzlu təhsil ocaqlarından biri olmalrından məmnun olduğunu bildirib və onlara yeni tədris ilində uğurlar diləyib. 
www.cag.az

 

Bu blogdaki popüler yayınlar

THE UNIVERSITY WHICH IS CHOSEN BY THE STUDENTS WITH THE TOP SCORE OF 700

Təhsil naziri Ətraf Mühitin Mühafizəsi VI Beynəlxalq Layihə Olimpiadasının iştirakçıları ilə görüşüb

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq