Şagirdlər “Gənclər mükafatı”na layiq görüldü

2 fevral Azərbaycan Gənclər günü münasibərilə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında istedadlı gənclərin mükafatlandırılması mərasimi keçirilib.  Ötən 2010-cu il ərzində respublikamızda dövlət gənclər siyasətinin əsas istiqamətləri üzrə həyata keçirilmiş müxtəlif tədbirlərdə- müsabiqə, konsert, sərgi, festival, olimpiada, yarış və oyunlarda iştirak edərək fərqlənmiş, eləcə də beynəlxalq miqyaslı tədbirlərdə yüksək nəticə göstərmiş 22 yaradıcı və istedadlı gəncə “Gənclər mükafatı” təqdim edilib. Mükafat alanlar sırasında Bakı Özəl Türk Liseyinin məzunu Fərhad Fərzəliyev, Nigeriyanın Abuja şəhərində keçirilmiş Beynəlxalq Fənn Olimpiadasından qızıl medal qazanmış Bakı Özəl Türk Liseyinin şagirdi Elmir Məmmədov və Qazaxstan Respublikasının Alma-Ata şəhərində keçirilmiş VII Bynəlxalq Jautıkov adına fizika-riyaziyyat və informatika olimpiadasının gümüş medal mükaftçısı Sumqayıt Özəl Türk Liseyinin şagirdi Elşad Mustafayev də olub.    
www.cag.az

Bu blogdaki popüler yayınlar

THE UNIVERSITY WHICH IS CHOSEN BY THE STUDENTS WITH THE TOP SCORE OF 700

Təhsil naziri Ətraf Mühitin Mühafizəsi VI Beynəlxalq Layihə Olimpiadasının iştirakçıları ilə görüşüb

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq