Bərdə Rayon Təhsil Şöbəsində görüş

Yanvarın -18 də Mingəçevir Özəl Türk Liseyinin Müdiri Elxan Əliyev Bərdə Rayon Təhsil Şöbəsinin müdiri Rahilə xanım İsmayılova ilə görüşü olub. Görüş zamanı E. Əliyev rəhbərlik etdiyi təhsil ocağının əldə etdiyi nailiyyətlərdən, şagirdlərinin Respublika və Beynəlxalq Fənn olimpiadalarında əldə etdiyi uğurlardan, eləcə də liseyin məzunlarının Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının ali məktəblərə qəbulla bağlı keçirdiyi imtahanlarda yüksək bal toplamalarından danişaraq ətraflı məlumat verib. Liseydə Bərdə rayonundan olan şagirdlərin də təhsil aldığını və yüksək nəticələr göstərdiyini qeyd edib. R. İsmayılova Ötən dərs illərində olduğu kimi yeni tədris ilində də liseyin müəllim və şagird kollektivinə təhsildə yeni-yeni uğurlar arzulayıb.
www.cag.az

Bu blogdaki popüler yayınlar

Rektörümüz Bilimsel Toplantı ve İşbirliği İçin Azerbaycan Kafkas Üniversitesinde

II Univiziya Tələbə Mahnı Müsabiqəsinə iştirak hüququ qazanmış təhsil müəssisələri və tələbələrin siyahısı - 2013-04-12

İnformatika üzrə VIII Ümumrespublika Olimpiadası”nın FİNAL mərhələsində I, II, III, IV yerləri Qafqaz Universitetinin komandaları qazanmışlar.