Haluk Ağca liseyin fəaliyyətini yüksək dəyərləndirib

Türkiyənin Gəncə şəhərindəki Baş konsulu Haluk Ağca Şəki Özəl Türk Liseyində olub. 
 Liseyin müdiri İsmail Özcan qonağa bu tədris ocağı barədə ətraflı məlumat verib. Bildirib ki, rəhbərlik etdiyi məktəb öz uğurları ilə seçilən tədris ocaqlarındandır. O, Şəki Özəl Liseyinin beynəlxalq yarışlarda da fərqəndiyini dilə gətirib. Liseyin sinif otaqları və laboratoriyaları ilə tanış olan Haluk Ağca məktəblilər üçün hazırlanmış şəraitdən, təlim-tərbiyə işində əldə edilən nailiyyətlərdən razı qaldığını bildirib. O, Azərbaycan-Türkiyə özəl liseylərinin Azərbaycan təhsilinin inkişafında xüsusi rolu və yeri olduğunu da vurğulayıb. Qonaq liseyin müəllim və şagird kollektivinə yeni-yeni uğurlar arzulayıb. Görüşün sonunda Haluk Ağca  liseyin şərəf dəftərinə öz ürək sözlərini də yazıb.
http://www.zaman.az

Bu blogdaki popüler yayınlar

Rektörümüz Bilimsel Toplantı ve İşbirliği İçin Azerbaycan Kafkas Üniversitesinde

II Univiziya Tələbə Mahnı Müsabiqəsinə iştirak hüququ qazanmış təhsil müəssisələri və tələbələrin siyahısı - 2013-04-12

İnformatika üzrə VIII Ümumrespublika Olimpiadası”nın FİNAL mərhələsində I, II, III, IV yerləri Qafqaz Universitetinin komandaları qazanmışlar.