YAP Gəncə Şəhər Təşkilatında görüş

Yanvarın 18-də Gəncə Azərbaycan-Türkiyə Özəl Liseyinin müdiri Kenan Güzel Yeni Azərbaycan Partiyası, Gəncə Şəhər Təşkilatının sədri İsrafil İsmayılovla görüşüb. Səmimi şəraitdə keçən görüşdə K. Güzel YAP sədrinə Gəncə ATOL-nin əldə etdiyi nailiyyətlərdən, şagirdlərinin Respublika və Beynəlxalq Fənn olimpiadalarında əldə etdiyi uğurlardan, eləcə də liseyin məzunlarının Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının ali məktəblərə qəbulla bağlı keçirdiyi imtahanlarda yüksək bal toplamalarından danişaraq ətraflı məlumat verib. YAP Gəncə Şəhər Təşkilatının sədri İ. İsmayılov Gəncə ATÖL-nin fəaliyyətində ürəkaçan qələbələrin olması və bunun da davam etməsini təqdirə layiq olduğunu xüsusi vurğulayıb. Liseyin müəllim və şagird kollektivinə milli-mənəvi dəyərlərə malik, xalqımızın gələcəyi üçün yüksək səviyyəli gənclərin yetişdirilməsində  uğurlar və müvəffəqiyyətlər arzulayıb. 

  www.cag.az

Bu blogdaki popüler yayınlar

Rektörümüz Bilimsel Toplantı ve İşbirliği İçin Azerbaycan Kafkas Üniversitesinde

II Univiziya Tələbə Mahnı Müsabiqəsinə iştirak hüququ qazanmış təhsil müəssisələri və tələbələrin siyahısı - 2013-04-12

İnformatika üzrə VIII Ümumrespublika Olimpiadası”nın FİNAL mərhələsində I, II, III, IV yerləri Qafqaz Universitetinin komandaları qazanmışlar.