“Qafqaz”da “I Gənclik şənliyi” keçirilib
Qafqaz Universitetinin şəhərciyində Hydər Əliyevin anadan olmasının 85 illiyinə həsr olunmuş “I Gənclik şənliyi” adlı tədbir keçirilib.
Tədbirdə çıxış edən Qafqaz Universitetinin rektoru, professor Ahmet Saniç Heydər Əliyevin hər zaman “Türk dünyasının gələcəyini gənc nəsillərdə görürəm” fikirlərini xatırladıb və onun irsində Azərbaycan sevgisinin - azərbaycançılıq hissinin xüsusi yer tutduğunu qeyd edib: “Bu mənada Vətənə - Azərbaycana, millətə, dilə, dinə, milli-mənəvi dəyərdərə hörmət və sevgi hər bir türk gəncinin həyat amalaının əsasını təşkil etməlidir”. Onun sözlərinə görə, Heydər Əliyev yolunun layiqli davamçısı İlham Əliyevin təşəbbüsü ilə son illər dövlətin gənclərə olan xüsusi diqqət və qayğısı artırılıb. Millət vəkili Lalə Abbasova isə suverenliyimizin ilk illərində yüzlərlə şəhid vermiş ölkəmizin sınmadığını, əksinə sıçrayışla irəlilədiyini qeyd edib.
http://www.zaman.az/site/shownews.php?news_id=10814