Qafqaz Universitetində Heydər Əliyevin xatirəsi anılıb
Qafqaz Universitetində ümummilli lider Heydər Əliyevin anadan olmasının 85 illiyi münasibətinə "Gənclik şənliyi" adlı tədbir təşkil edilib. Tədbirdə çıxış edən Qafqaz Universitetinin rektoru, professor Ahmet Sanic deyib ki, Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin qurulması üçün etibarlı bazanın yaradılması, dövlət müstəqilliyinin möhkəmləndirilməsi və qorunub saxlanılması üçün ciddi işlər görüb. Xalqın tarixi yaddaşının özünə qaytarılması, milli dövlətçilik hissələrinin güclənməsi yönündə ciddi addımlar atıb. H.Əliyevin hakimiyyəti illərində digər sahələrlə yanaşı, təhsil sahəsi də sürətlə inkişaf etməyə başlayıb. Onun sözlərinə görə, "Gənclik şənliyi" çərçivəsində Azərbaycanın tarixi-mədəni sərgisi, türk dünyası güşəsi, Qarabağ güşəsi, intellektual sual masası, foto səhnə, əl işləri sərgisi və qan vermə təşkil edilib. Bununla yanaşı tədbirdə playstation turniri, qrafit boyama, penal yarışı, kəndir çəkmə, velosiped, at yarışı, streetball, kitab, ağac və çiçək, aksesuar satışı, çərpələng şənliyi keçirilir.
Millət vəkili Lalə Abbasova bildirib ki, Heydər Əliyevin təhsil sahəsinə göstərdiyi diqqət və qayğı sayəsində təhsilin ayrı-ayrı pillələrinin geniş şəbəkəsi yaradılıb, dövlət büdcəsindən təhsilə ayrılan vəsaitin məbləği artırılıb, müəllimlərin əmək haqqları yüksəldilib: "Heydər Əliyev ölkənin uğurlu gələcəyini təhsildə, müasir standartlara uyğun səviyyədə təhsil alan gənclərdə görürdü. O, daim gəncləri diqqət mərkəzində saxlayır və onların xarici ölkələrin nüfuzlu universitetlərində təhsil alması üçün dövlət tərəfindən vəsait ayırırdı. Heydər Əliyev hakimiyyətdə olduğu illərdə daim təhsil sahəsinə xüsusi diqqət yetirib. Onun təməlini qoyduğu ənənə bu gün də uğurla davam etdirilir".
S.QARAYEVA
www.525.az