Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq
Mətn ölçüsü: Son dövrlər Azərbaycanda özəl universitetləri çıxmaq şərtilə, dövlət ali məktəblərində demək olar ki, rəqabət olmadığından bir çox tələbə işəgötürənlər tərəfindən qəbul edilmir. Nəticədə min bir əziyyətə qatlaşaraq dövlət universitetini bitirib diplom alan tələbə iş tapa bilmir. O da faktdır ki, bir çoxları nəyin bahasına olursa-olsun saxta diploma belə əl ataraq işə qəbul edilir və nəticədə yenə təhsilin tədrisi təhlükə altına düşür. Pullu təhsildən bu sahədə biznes quranların daha çox qazanmasına keç kəs irad tuta bilməz. Amma pullu təhsilin cibi boş olan savadlı və istedadlı gənclərin yolunu bağladığı da gerçəklikdir. Yaxşı, görəsən hazırda gənclərin təhsilə marağı hansı səviyyədədir və ümumiyyətlə nə üçün Azərbaycanda özəl təhsil, dövlət hesabına təhsili sıxışdırır? Bu hal Azərbaycanla müqayisədə xarici ölkələrdə necədir? Əməkdaşımız Aynurə Sultan ali təhsilin hazırkı vəziyəti ilə bağlı bu və digər suallara cavab tapmağa çalışıb.