Atatürkü anma bayramı coşqu ilə qeyd olundu
19 May Gənclik və İdman şənliklərinə həsr olunan proqramda çıxış edən Qafqaz Universitetinin rəks kollektivi öz gözəl çıxışlarıyla proqramı daha da şənləndirmişdir.
19 may - Atatürkü Anma, Gənclik və İdman Bayramı sərhədləri aşaraq, qardaş türk ölkələrində də keçirildi.
Dünən bu tarixi gün Quzey Kıbrıs Türk Cümhuriyyətində (QKTC), Azərbaycanda və digər türk dövlət və toplumlarında da tədbirlərlə qeyd edildi.
Bu bayram dünən Türkiyənin bütün vilayətlərində, şəhərlərində, qəsəbələrində qeyd olundu. Paytaxt Ankarada bayram tədbirləri Prezident Abdullah Gül başda olmaqla dövlət rəsmilərinin Atatürkün mavzoleyini ziyarətlə başladı. TBMM başkanı Köksal Toptan, Konstitusiya Məhkəməsinin sədri Haşim Kılıc, TSK Baş Qərargah rəisi, general Yaşar Böyükanıt, CXP sədri Dəniz Baykal, MHP sədri Dövlət Baxçalı və digər rəsmilərin qatıldıqları tədbirdə Baş nazir Ərdoğan səhhətində yaranmış problemlə əlaqədar iştirak edə bilmədi. Abdullah Gül anıtməzardakı xatirə dəftərinə ürək sözlərini yazdı. Tədbir İstanbulun Taksim meydanında da səhər saatlarında cümhuriyyət anıtına çələng qoyulması ilə başlandı. İstanbul valisi Muammer Gülər şərəf dəftərini imzaladı. Bayram QKTC-də də tədbirlərlə qeyd edildi.
Dünən Azərbaycanda da Atatürkü Anma, Gənclik və İdman Bayramı münasibətilə tədbirlər keçirilib. Azərbaycanda fəaliyyət göstərən Türkiyə səfirliyinin düzənlədiyi mərasimdə diplomatik korpus nümayəndələri ilə yanaşı, dövlət rəsmiləri, millət vəkilləri və eləcə də media nümayəndələri iştirak ediblər. Tədbirdə çıxış edən səfir Hulusi Kılıç qonaqları salamlayıb və 19 mayın Türkiyə Cümhuriyyəti tarixindəki mövqeyindən bəhs edib.
Bu münasibətlə Naxçıvan Muxtar Respublikasında Türkiyənin Naxçıvandakı Baş konsulu Mehmet Bilirin təşəbbüsü ilə təşkil olunan tədbirdə Naxçıvan MR-in rəsmiləri də iştirak ediblər. Şəhidlər xiyabanına ziyarətlə start verilən mərasim Naxçıvan Dövlət Universitetində davam etdirilib. Burada çıxış edən universitetin rektoru İsa Həbibbəyli hər il bu bayramın Naxçıvanda da geniş qeyd olunmasından qürur duyduğunu söyləyib. Rəsmi hissədən sonra iki qardaş ölkənin tələbələrinin söylədikləri şeirlər və mahnıları tədbir iştirakçıları maraqla izləyiblər. Qeyd edək ki, dünən Azərbaycan Pedaqoji Universitetində (APU) də bu münasibətlə tədbir keçirilib. Çıxışı zamanı 19 may bayramının önəminə toxunan APU-nun rektoru Yusif Məmmədov sözügedən günün bütün türkdilli ölkələrin həyatında vacib rol oynadığını vurğulayıb. Türkiyə səfirliyinin təhsil müşaviri Səlahətdin Dikmən isə 19 mayı Türkiyənin müstəqilliyə doğru atdığı ilk addım kimi dəyərləndirib.
Mesut Uzunöz/Bakı, Timur Taşdemir/Naxçıvan
www.zaman.az