Kayıtlar

Martın 16-da təhsil naziri Misir Mərdanov Qafqaz Universitetində keçiriləcək "Müasir Azərbaycan təhsili və "Çağ" Öyrətim" mövzusunda konfransda iştirak etmək üçün Türkiyədən Azərbaycana gəlmiş nümayəndə heyəti ilə görüşüb.

Resim
30 Mart 2012 - №12   Qonaqlar ı   salamlayan t ə hsil naziri Az ə rbaycanla T ü rkiy ə   aras ı nda m ö vcud olan ə laq ə l ə rin b ü t ü n istiqam ə tl ə rd ə,   el ə c ə   d ə   t ə hsil sah ə sind ə   s ü r ə tl ə   inki ş af etdiyini bildirib . Misir M ə rdanov   "Ç a ğ" Ö yr ə tim   İş l ə tm ə l ə ri   Ş irk ə tinin Az ə rbaycanda g ö rd ü y ü   i ş l ə r , ə ld ə   etdiyi u ğ urlar bar ə d ə ə trafl ı   s ö hb ə t a çı b .   Qafqaz Universitetinin Az ə rbaycanda ali t ə hsilin inki ş af ı na verdiyi t ö hf ə l ə rd ə n b ə hs ed ə n nazir   ö lk ə mizd ə   f ə aliyy ə t g ö st ə r ə n Az ə rbaycan - T ü rkiy ə ö z ə l liseyl ə rinin f ə aliyy ə tini y ü ks ə k d ə y ə rl ə ndirib . T ə hsil naziri son ill ə rd ə   beyn ə lxalq olimpiadalarda az ə rbaycanl ı   g ə ncl ə rin   ə ld ə   etdiyi nailiyy ə tl ə r ə   diqq ə t   çə kib .   Bu bax ı mdan   "...

Hamımız bir olaq, Dilimizi qoruyaq!

Resim
31 March, 2012   “Dilimizi qorumaq, inkişaf etdirmək hər birimizin borcudur!”. Bu fikir Azərbaycan dili və ədəbiyyatı bölümü və ədəbiyyat klubunun  təşkilatçılığı ilə təqdim olunan “Hamımız bir olaq, Dilimizi qoruyaq!” tədbirinin leytmotivinə çevrildi.  Universitetin Azərbaycan dili və ədəbiyyatı bölümünün müdiri, filologiya elmləri doktoru, professor Akif Hüseynli tədbirdə çıxış edərək, dildə gedən proseslərə nəzər saldı: “Dil-düşüncə tərzidir. Dil- sərvətimizdir. Dil -Sizlərə verilən əmanətdir. Dildə arzu olunan və olunmayan proseslər gedir. Yaxşı olardı ki, bu prosesləri müəyyən sağlam məcraya yönəltmək mümkün olsun. Daha çox da radiolarda DJ-lərin dililə bağlı biabırçı vəziyyət var. Dildə gedən proseslərə, xüsusən də mənfi meyllərə kimsə biganə qala bilməz. Başa düşmək lazımdır ki, bu proseslərin dərinləşməsi dili həqiqətən uçuruma apara bilir”. Akif müəllim  Azər...

Sumqayıt Şəhər İcra Hakimiyyətində görüş

Resim
“Çağ” Öyrətim İşlətmələri İdarə Heyətinin sədri Dr. Enver Özeren, “Qafqaz” Universitetinin rektoru, professor Ahmet Saniç və Azərbaycan-Türkiyə Özəl Liseyləri Baş İdarəsinin rəisi Arif Gömleksiz, Sumqayıt Şəhər İcra Hakimiyyətinin Başçısı Eldar Əzizovla görüşüblər. Qonaqları səmimiyyətlə qəbul edən İcra Başçısı son illərdə şəhərdə həyata keçirilən abadlıq - quruculuq işlərindən, təhsil müəssisələrinə göstərilən diqqət və qayğıdan, təhsilin səviyyəsinin yüksəldilməsi üçün görülən tədbirlərdən danışıb.  “Çağ” Öyrətim İşlətmələrinin “Qafqaz Universitetinin Azərbaycan ali təhsil ocaqları sırasında sayılıb seçilən, daima inkişaf edən, bir tədris müəssisəsi kimi yüksək nüfuza malik olduğunu deyib. Sonra Sumqayıtda fəaliyyət göstərən lisey və “Araz” kursunun şəhər təhsilinin inkişafındakı rolundan söhbər açıb. Bu təhsil müəssisələri ilə mütəmadi olaraq əlaqələrinin olduğunu, əldə etdikləri nailiyyətlərindən qürur duyduğunu bildirib. “Çağ”ın bütün tədris müəssisələrinə...

Xüsusi Qayğıya ehtiyacı olan uşaqlar üçün Novruz şənliyi

Resim
Martın 26-da Şəki şəhərində fəaliyyət göstərən Əlillərə Qayğı İctimai Birliyinin nəzdində olan “Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün İcma əsaslı Reabilitasiya mərkəzi”inin üzvlərinə Şəki Azərbaycan – Türkiyə Özəl Liseyinin kollektivi Novruz bayramı münasibəti ilə bayram şənliyi keçirib.  Bayram şənliyində 60 nəfərə yaxın xüsusi qayğıya ehtiyacı olan uşaqlarla birgə onların valideynləri və Mərkəzin Valideyn Birliyinin üzvləri də iştirak etmişlər. Qüsurlu uşaqların asudə vaxtlarının təşkili və bayram şənliyinin daha mənalı keçirilməsi məqsədi ilə Şəki İncəsənət Məktəbinin uşaq mahnı və rəqs kollektivi də tədbirdə biri-birindən rəngarəng mahnılar ifa etmiş və rəqs etmişlər.  Şənlikdə Mərkəzin rəhbəri Güləndam Alxasova çıxış edərək, qüsurlu uşaqlar üçün Novruz bayramının təşkil olunmasında göstərdikləri dəstəyə və köməyə görə Valideyn Birliyinin üzvləri və əlil uşaqların valideynləri adından Şəki Azərbaycan – Türkiyə Özəl Liseyinin eləcə də Şəki İncəsənə...

Türkiyə Cümhuriyyətinin Böyük Millət Məclisi sədrinin 1-ci müavini Bakı Özəl Türk Liseyində olub

Resim
Martın 16-da Türkiyə Cümhuriyyətinin sabiq Təhsil Naziri və Böyük Millət Məclisi sədrinin 1-ci müavini Mehmet Sağlam Bakı Özəl Türk Liseyində olub. Görüşdə  “Çağ” Öyrətim İşlətmələri İdarə Heyətinin sədri Enver Özeren və “Qafqaz” Universitetinin rektoru Ahmet Saniç də iştirak edib.  Qonaq əvvəlcə liseyin tədris şəraiti ilə tanış olub. Sinif otaqlarını, kitabxanasını, laboratoriyalarını gəzib. tətbiq olunmuş yeni tədris texnologiyaları ilə tanış olub. Görüş zamanı E. Özeren “Çağ” Öyrətim  İşlətmələri tədris müəssisələrinin təhsildə əldə etdikləri nailiyyətləri, uğurları barədə məlumat verib. Məzunlarının TQDK-nın ali məktəblərə qəbulla bağlı keçirdiyi imtahanlarda ən yüksək bal toplamalarından, şagirdlərinin respublika və Beynəlxalq Fənn Olimpiadalarında qızıl, gümüş və bürünc medallar qazanmalarından danışıb. Təhsildə bu uğurların daha da yüksəldilməsi üçün lazımi şəraitin hazırlandığını bildirib.  Qonaq liseylə tanışlıqdan sonra burada şagirdl...

Turqut Özal Universitetinin rektoru Bakı Özəl Türk liseyində olub.

Resim
Martın 18-də Turqut Özal Universitetinin rektoru, professor Erol Oral Bakı Özəl Türk liseyində olub. Görüşdə “Çağ” Öyrətim İşlətmələri İdarə Heyətinin sədri Dr. Enver Özeren, “Qafqaz “ Universitetinin rektoru, professor Ahmet Saniç, Azərbaycan-Türkiyə Özəl Liseyləri (ATÖL) Baş İdarəsinin rəisi Arif Gömleksiz və müşavir Ağarəsul Məmmədov da iştirak edib.  Qonaq əvvəlcə liseyin sinif otaqları, kitabxanası, laboratoriyaları və burada şagirdlər üçün hazırlanmış sosial şəraiti ilə yaxından tanış olub. Görüş zamanı E. Özeren “Çağ” Öyrətim  İşlətmələri tədris müəssisələrinin Azərbaycan təhsilində yeri və rolu, təhsildə əldə etdikləri nailiyyətləri, təhsil ocaqlarında tətbiq olunan yeni texnologiyaları barədə məlumat verib. Sonra ATÖL Baş İdarə rəisi A. Gömleksiz liseylərin məzunlarının TQDK-nın ali məktəblərə qəbulla bağlı keçirdiyi imtahanlarda ən yüksək bal toplamalarından, şagirdlərinin respublika və Beynəlxalq Fənn Olimpiadalarında qızıl, gümüş və bürünc meda...

Moldovalı alimlər Qafqaz Universitetində olub

Resim
Moldova Respublikasının bir qrup alimi Bakıda səfərdədir. Moldova Universitetinin Jurnalistika və Kommunikasiya Elmləri fakültəsinin professorlarından ibarət nümayəndə heyəti dünən Qafqaz Universitetində oldular. Nümayəndə heyəti burada Qafqaz Universitetinin rəhbərliyi ilə işgüzar görüş keşirib.        Qafqaz Universitetinin rektoru Ahmet Saniç qonaqları salamlayaraq Moldova Respublikasından gəlmiş nümayəndə heyətini bu təhsil ocağında görməkdən məmnun olduğunu bildirib. Sonra Ahmet Saniç çıxış edərək məlumat verərək deyib ki, Qafqaz Universiteti 1993-ci ildə Bakı şəhərində fəaliyyətə başlayıb. Bu universitet Azərbaycan və Türkiyə arasında elmi-mədəni əlaqələrin inkişafında mühüm rol oynayan "Çağ" Öyrətim İşlətmələri Şirkətinin təhsil kompleksinin ən yüksək pilləsidir. 2002-2003-cü tədris ilindən etibarən ixtisas fənlərinin ingilis dilində tədrisinə başlayan universitet yetişdirdiyi tələbələrin ixtisas, xar...