Mərkəzi Bank maliyyə biliklərinin artırılmasına dair treninq keçirib

Mərkəzi Bank maliyyə biliklərinin artırılmasına dair treninq keçirib

Mərkəzi Bank “Bilik mübadiləsi” layihəsi çərçivəsində “Junior Achievement  Azərbaycan” (JAA) təşkilatı ilə birlikdə tələbələrin bank və maliyyə biliklərinin artırılmasına dair növbəti treninq proqramını həyata keçirib. 

AZADİNFORM xəbər verir ki, “Bankçılığın əsasları və Mərkəzi Bankın bank sistemində rolu” mövzusunda olan treninq Mərkəzi Bankın Tədqiqatlar və inkişaf mərkəzində keçirilib. Məqsəd maliyyə-iqtisad sahəsində təhsil alan ali məktəb tələbələrinin bank və maliyyə sahəsi üzrə biliklərinin artırılması olub. Treninqdə Azərbaycan Dövlət İqtisad Universiteti və Qafqaz Universitetinin müsabiqə yolu ilə seçilmiş 25 tələbəsi iştirak edib. 
Mərkəzi Bank mütəxəssislərinin təlimçiliyi ilə keçirilən 4 günlük treninqdə tələbələrə pul və məzənnə siyasətinin dizaynı, mərkəzi bankçılıq, bank tənzimlənməsi  və s. məsələlər haqqında ətraflı məlumatlar verilib. 
 

Bu blogdaki popüler yayınlar

THE UNIVERSITY WHICH IS CHOSEN BY THE STUDENTS WITH THE TOP SCORE OF 700

Təhsil naziri Ətraf Mühitin Mühafizəsi VI Beynəlxalq Layihə Olimpiadasının iştirakçıları ilə görüşüb

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq