"Ana dilimizi sevək, sevdirək” müsabiqəsində və Beynəlxalq Türk Dili Olimpiadasında iştirak etmiş şagirdlərlə görüş keçirilib.

Bu günlərdə Mingəçevir Özəl Türk Liseyində məktəblilərin Ümumrespublika “Ana dilimizi sevək, sevdirək” müsabiqəsində və Beynəlxalq Türk Dili Olimpiadasında iştirak etmiş şagirdlərlə görüş keçirilib. Görüş zamanı şagirdlər iştirak etdikləri belə möhtəşəm və əhəmiyyətli tədbirlər haqqında geniş söhbət açıblar və öz xatirələrini bölüşüblər. Görüşdə iştirak edən şagirdlərin valideynləri Azərbaycan Beynəlxalq Təhsil Mərkəzinin tədris müəssisələrində, eləcə də Mingəçevir Özəl Türk liseyində məktəblilər üçün hazırlanmış şəraitə görə minnətdarlıqlarını bildiriblər və onlara təhsildə yeni-yeni nailiyyətlər diləyiblər.  Liseyin müdiri Mustafa Söylemez bu görüşdən məmnun olduğunu bildirib və şagirdlərə gələcək təhsillərində uğurlar diləyib. 

Bu blogdaki popüler yayınlar

Rektörümüz Bilimsel Toplantı ve İşbirliği İçin Azerbaycan Kafkas Üniversitesinde

II Univiziya Tələbə Mahnı Müsabiqəsinə iştirak hüququ qazanmış təhsil müəssisələri və tələbələrin siyahısı - 2013-04-12

İnformatika üzrə VIII Ümumrespublika Olimpiadası”nın FİNAL mərhələsində I, II, III, IV yerləri Qafqaz Universitetinin komandaları qazanmışlar.