Türk dünyasının böyük şairi Bəxtiyar Vahabzadənin vəfatından 4 il keçir. EKSKLÜZİV



Azərbaycanın xalq şairi Bəxtiyar Vahabzadənin vəfatının 4-cü  ildönümü ilə bağlı Şəki şəhərində anım mərasimi keçirilib. Anım mərasimi Şəki şəhər İcra Hakimiyyəti və Qafqaz Universitetinin təşəbbüsü ilə baş tutub. Mərasimdə Qafqaz universitetinin rektoru Əhməd Saniç, Şəki şəhər İcra Hakimiyyətinin başçısının müavinləri təhsil, səhiyyə və mədəniyyət sahəsində çalışan şəxslər, Şəki ziyalıları, müvafiq təşkilat nümayəndələri iştirak edib.
Tədbirdə Bəxtiyar Vahabzadənin həyat və yaradıcılığı, fəaliyyəti barədə mərasim iştirakçılarına geniş məlumat verilıb. Mərasimdə sairin seirləri oxunub, şeirlərinə bəstələnən mahnılar səslənib.
Sonda Bəxtiyar Vahabazadənin Özümüzü kəsən qılınc əsəri Qafqaz Universiteti tələbələrinin ifasında səhnəyə qoyulub.
Qeyd edək ki, Azərbaycanın xalq şairi Bəxtiyar Vahabzadə 13.02.2009-cu ildə dünyasını dəyişib.
http://www.kanals.az/news/culture/4952

Bu blogdaki popüler yayınlar

Rektörümüz Bilimsel Toplantı ve İşbirliği İçin Azerbaycan Kafkas Üniversitesinde

II Univiziya Tələbə Mahnı Müsabiqəsinə iştirak hüququ qazanmış təhsil müəssisələri və tələbələrin siyahısı - 2013-04-12

İnformatika üzrə VIII Ümumrespublika Olimpiadası”nın FİNAL mərhələsində I, II, III, IV yerləri Qafqaz Universitetinin komandaları qazanmışlar.