Texnoparkla bağlı Yeni Fikir Müsabiqəsi keçirilir


Qafqaz Universiteti Texnoparkı (QUTECHNOPARK) Yeni Fikir Müsabiqəsi təşkil edir. Bu barədə "ICTnews.az" elektron xəbər xidmətinə universitetdən məlumat verilib.

Məlumatda bildirilir ki, "QUTECHNOPARK" və ona partnyor şirkətlərlə ortaq həyata keçirilən Yeni Fikir Müsabiqəsi təkcə Qafqaz Universiteti tələbələrinə deyil, eyni zamanda Azərbaycanın bütün universitetlərinin tələbə və məzunlarına aiddir.

Yeni Fikir Müsabiqəsinin keçirilməsində əsas məqsəd Azərbaycanda gənclər arasında sahibkarlığın inkişaf etdirilməsinə nail olmaqla yanaşı, texnologiya sahəsində innovativ fikirlərin ortaya çıxarılmasına töhfə verməkdir. Müsabiqədə iştirak etmək istəyən gənclər öz ideyalarını layihə şəklində hazırlayaraq, 25 mart 2013-cü il tarixinə kimi "www.yenifikir.az" saytına daxil olaraq onlayn qeydiyyatdan keçməlidirlər.

Yeni Fikir Müsabiqəsinin qalibləri "QUTECHNOPARK" tərəfindən istər ofis şəraiti ilə, istərsə də digər amillərlə təmin ediləcək. Bununla belə, müsabiqənin nəticələrinə görə ilk 3 yerə sahib olan layihə müəllifləri Orta Doğu Texnik Universitetinin Texnoparkında bir ay müddətində fəaliyyət göstərmək imkanı qazanacaqlar
http://ictnews.az/read-22026-news-1.html


Bu blogdaki popüler yayınlar

Rektörümüz Bilimsel Toplantı ve İşbirliği İçin Azerbaycan Kafkas Üniversitesinde

II Univiziya Tələbə Mahnı Müsabiqəsinə iştirak hüququ qazanmış təhsil müəssisələri və tələbələrin siyahısı - 2013-04-12

İnformatika üzrə VIII Ümumrespublika Olimpiadası”nın FİNAL mərhələsində I, II, III, IV yerləri Qafqaz Universitetinin komandaları qazanmışlar.