Qafqaz Universiteti ilə, Gürcüstanın Beynəlxaq Qafqaz Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb.



24 September, 2011
Gürcüstanın Beynəlxaq Qafqaz Universitetinin  rektoru Prof. Kakhaber Kordzaia Qafqaz Universitetini ziyarət etdi. Ziyarətin əsas məqsədi Azərbaycanla Gürcüstan arasında  təhsil əlaqələrini genişləndirmək, Azərbaycanda olan təhsillə əlaqəli yenilikləri Gürcüstana aparmaq və ölkəsində olan təhsil yeniliklərini  Azərbaycana gətirməkdir. Ziyarət əsnasında Qafqaz universiteti ilə Gürcüstanın Beynəlxalq Qafqaz  Universiteti arasında əməkdaşlıq memorandumu imzalanmışdır. Memorandumun mahiyəti  tərəflər arasında əlaqələri inkişaf etdirmək, elm və təhsil sahəsində ümumi maraqlara əsaslanan əməkdaşlıq əlaqələri qurmaqdır. Memorandumu Qafqaz Universitetinin rektoru Ahmet Saniç və  Gürcüstanın Beynəlxaq Qafqaz universitetinin rektoru Prof. Dr. Kakhaber Kordzaia imzalayıb. Görüşdə çıxış edən Qafqaz Universitetinin rektoru, professor Ahmet Saniç Gürcüstan ilə Azərbaycanın dost  ölkə olduğunu bildirib.
Tədbirin sonunda Gürcüstanlı  rektor
 Qafqaz Universiteti ilə əlaqələri daha da genişləndirməyə  çalışacağını dedi. Qonağa Ahmet Saniç tərəfindən universitetin Fəxri Plaketi təqdim olunub. 

Bu blogdaki popüler yayınlar

Rektörümüz Bilimsel Toplantı ve İşbirliği İçin Azerbaycan Kafkas Üniversitesinde

II Univiziya Tələbə Mahnı Müsabiqəsinə iştirak hüququ qazanmış təhsil müəssisələri və tələbələrin siyahısı - 2013-04-12

İnformatika üzrə VIII Ümumrespublika Olimpiadası”nın FİNAL mərhələsində I, II, III, IV yerləri Qafqaz Universitetinin komandaları qazanmışlar.