Qafqaz Universiteti ilə Texnikabank arasında əməkdaşlıq müqaviləsi imzalandı

08 April, 2011
Qafqaz Universitetinin rektoru prof.dr. Ahmet Saniç  və  “Texnikabank” ASC-nin Müşahidə Şurasının sədri Etibar Əliyev tərəfindən imzalanan müqaviləyə görə tərəflər ali təhsilin inkişafında, eləcədə kadr hazırlığı işində birgə layihələr həyata keçirəcəklər. Müqaviləyə görə “Texnikabank” ASC ali təhsildə praktiki imkanlar və ali təhsilin inkişafında universitet-iş dünyası əlaqələri profilli fəaliyyətlərdə Qafqaz Universitetinə dəstək verəcəkdir. Qafqaz Universiteti isə öz növbəsində elmi-nəzəri potensialı ilə “Texnikabank” ASC-nin fəaliyyətinə dəstək verəcəkdir.
Qeyd edim ki, əməkdaşlıq müqaviləsinin imzalanması üçün keçirilən görüşdə Texnikabank” ASC-nin Müşahidə Şurasının sədri Etibar Əliyev və “Texnikabank” ASC-nin İdarə heyətinin sədri Samir Hüseynov Qafqaz Universitetinin bir qrup tələbəsi və müəllim heyəti qarşlıqlı müzakirələr də apardı və Universitetin elmi-texniki potensialı ilə yaxından tanış oldular.
 Dr.İsa Qasımov

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

Quba Özel Türk Liseyi mezunu Çingiz Caferov:Nyu-Yorkdan Azerbaycanın yüksek süretle inkişaf etdiyini görmek mümkündür