Bolonya Prosesində Ali Təhsildə Keyfiyyətin Idarə Olunmasina Həsr Edilmiş Beynəlxalq Konfrans

13 April, 2011
Bildiyimiz kimi, ali təhsildə keyfiyyətin idarə olunması problemi qabaqcıl təhsil təcrübəsi olan ölkələrdə aktuallıq kəsb edir. Avropa təhsil məkanına qoşulan ölkələr bu problemi Bolonya prosesi kontekstində həll etmək üçün müntəzəm müzakirələr aparır, eləcə də beynəlxalq konfranslar keçirirlər.
Azərbaycan Təhsil Nazirliyinin, Azərbaycan Dövlət Pedaqoji Universitetinin və Qafqaz Universitetinin təşəbbüsü ilə 15 Aprel 2011-ci il tarixində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr olunmuş "Bolonya prosesində ali təhsildə keyfiyyətin idarə olunması" adlı beynəlxalq elmi konfransı inidiyə qədər görülmüş işlərin davamıdır.
Konfransda ali məktəblərin müvafıq mütəxəssisləri, o cümlədən Türkiyə Respublikasından dəvət olunmuş görkəmli təhsil xadimləri: Marmara Universitetinin Rektoru professor M. Zafer GÜL, Sakarya Universitetinin rektoru professor Muzaffer Elmas, Qaradəniz Texniki Universitetinin rektor müşaviri və xarici əlaqələr koordinatoru  professor Miraç AKÇAY, Atatürk Universitetinin rektor müşaviri və xarici əlaqələr koordinatoru  professor Fahri Yavuz və təhsil işçiləri iştirak edəcəklər.
Qeyd etməliyik ki, konfransa Azərbaycan Respublikası Təhsil naziri, professor Misir Mərdanov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru, professor Yusif Məmmədov, Qafqaz Universitetinin Rektoru, professor Əhməd Saniç və Türkiyənin Ali Təhsil Qurumunun (YÖK)  idarə heyətinin üzvü,  professor Şaban H. Çalış qatılacaqdır.
Konfrans 15 aprel saat 09.00-da fəxri xiyaban ziyarəti ilə başlayıb, Azərbaycan Dövlət Pedaqoji Universitetinin akt zalında saat 10.00-da davam edəcəkdir. Konfransda yuxarıda adları çəkilən iştirakçılar məruzə ilə çıxış edəcəklər.

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

Quba Özel Türk Liseyi mezunu Çingiz Caferov:Nyu-Yorkdan Azerbaycanın yüksek süretle inkişaf etdiyini görmek mümkündür