Bakıda “INEPO- AVRASİYA” ətraf mühitin mühafizəsi beynəlxalq layihə olimpiadası keçiriləcək

Bakı, 2 aprel, SalamNews, O.Kərimov. Ekologiya və qlobal fəlakətlərdən çıxış yolları məsələlərinə həsr edilən “INEPO- AVRASİYA” ətraf mühitin mühafizəsi beynəlxalq layihə olimpiadasının Bakı şəhərində keçirilməsi artıq ənənəyə çevrilib. Ötən illərdə ARDNŞ-nin maliyyə dəstəyi ilə artıq 4 belə olimpiada təşkil edilib.
SalamNews ARDNŞ-nin rəsmi saytına istinadən bildirir ki, cari ildə bu ənənəvi tədbirin 6-9 aprel tarixlərində keçirilməsi nəzərdə tutulur. Olimpiadanın məqsədi ekoloji problemlərin həlli və ətraf mühitin mühafizəsi istiqamətində gənc nəsli məlumatlandırmaq, məktəblilərdə ətraf mühitə qarşı həssas münasibət formalaşdırmaq, ekoloji şüuru inkişaf etdirmək, təbii, mədəni, tarixi və sosial-estetik dəyərlərin qorunması ruhunu aşılamaq, eləcə də ekoloji problemlərin həllində şagirdləri müxtəlif layihələrə cəlb etməkdir.
Bu il də ARDNŞ-nin dəstəyi ilə Təhsil Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, İctimai Televiziyanın, “Çağ” Öyrətim İşlətmələri Şirkətinin və “İNEPO-AVRASİYA” Ekologiya İctimai Birliyinin birgə təşkil edəcəyi olimpiadada Albaniya, İndoneziya, İran, Hindistan, Qazaxıstan, Gürcüstan, Litva, Makedoniya, Malaziya, Meksika, Nigeriya, Pakistan, Polşa, Rumıniya, Slovakiya, Türkiyə, Türkmənistan, Ukraynadan, ümumilikdə dünyanın 33 ölkəsindən 300-ə qədər şagirdin iştirakı planlaşdırılır.

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

Quba Özel Türk Liseyi mezunu Çingiz Caferov:Nyu-Yorkdan Azerbaycanın yüksek süretle inkişaf etdiyini görmek mümkündür