Azərreyl Qafqaz Universitetinin qonağı oldu.

12 April, 2011
Aprelin 12-də qadın voleybolçulardan ibarət  Azərreyl  komandasının baş məşqçisi Vüqar Əliyev və kapitanı Natalya Hanikoğlu  Qafqaz  Universitetinin qonağı olublar. Belə ki, qonaqlar Qafqaz Universitetinin idman şöbəsi tərəfindən təşkil edilən ənənəvi ``Ayın İdman Qonağı`` tədbirində iştirak ediblər.  Azərreyl komandası Avropa Voleybol Konfederasiyasının qadın voleybol komandaları arasında keçirilən Çellenc kuboku yarışlarının qalibi olduğuna görə ``Ayın İdman Qonağı`` adına layiq görülüb. Vüqar Əliyev və Natalya Hanikoğlunu  qəbul edən  Qafqaz  Universitetinin rektoru Ahmet Saniç qonaqlara universitet barədə məlumat verib və tələbə şəhərciyi ilə tanış edib.  Ardından qonaqlar universitetin müəllim və tələbə heyətinin iştirakı ilə tədbirə qatılıblar. Tədbiri giriş sözü ilə rektor Ahmet Saniç açıb. Ardından qonaqlar tədbir barədə ürək sözlərini deyiblər. Tədbir zamanı Vüqar Əliyev və Natalya Hanikoğlunun həyatından bəhs edən qısametrajli film nümayiş etdirilib.
Qafqaz Universitetinin Tələbə dərnəkləri arasında ənənəvi olaraq keçirilən  ``CLUBS CUP``mini futbol turnirinin qaliblərini mükafatlandırmaq üçün söz universitetin Səhiyyə Mədəniyyət və İdman idarəsinin müdiri Musa Turmuşa verildi. Musa bəy universitetin 1-ci və 2 –ci yer tutmuş komandalara  Sənaye mühəndisləri tələbə dərnəyinin  və İdman dünyası tələbə dərnəyinin  üzvülərinə  mükafat vermək üçün Vuqar Əliyevi və  Natalya Hanikoğlunu dəvət etdi.
Tədbirin sonunda Qafqaz Universitetinin rektoru tərəfindən xatirə plaketi təqdim olundu.
Recep Rza

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

Quba Özel Türk Liseyi mezunu Çingiz Caferov:Nyu-Yorkdan Azerbaycanın yüksek süretle inkişaf etdiyini görmek mümkündür