Türkiyəli mütəxəssislər Qafqaz Universitetində olmuşlar


AA
Türkiyənin Rəcəb Tayyib Ərdoğan Universiteti və Atatürk Universitetinin pedaqogika fakültələrinin mütəxəssisləri Qafqaz Universitetində olmuşlar.

Qafqaz Universitetindən AzərTAc-a bildirmişlər ki, qonaqlar bu ali məktəbdə müvafiq sahələr üzrə araşdırmalar aparmış, tələbələrlə görüşmüşlər.

Sonra Qafqaz Universitetinin rektoru, professor Əhməd Saniç ilə türkiyəli mütəxəssislər arasında təhsillə bağlı fikir mübadiləsi olmuşdur.
Mənbə: azertag.com 

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

Quba Özel Türk Liseyi mezunu Çingiz Caferov:Nyu-Yorkdan Azerbaycanın yüksek süretle inkişaf etdiyini görmek mümkündür