Türkiyədə Texnopark Təcrübəsi Proqramı başa çatdı.




Qafqaz Universiteti Texnoparkının (QUTechnopark) həyata keçirdiyi Türkiyədə Texnopark Təcrübəsi Proqramı (TTTP) başa çatdı.  
Sahibkarlığın inkişafına dəstək proqramlarından olan TTTP gənc təşəbbüskarların (girişimçilərin) iştirakı ilə Türkiyə Cümhuriyyətində fəaliyyət göstərən aparıcı texnoparklarda həyata keçirildi. Təcrübə Proqramın məqsədi gənc təşəbbüskarların şirkətləşmə istiqamətində nəzəri və praktiki potensiallarının artırılması ilə yanaşı, fəaliyyətdə olan təşəbbüskar firmaların qurucuları və ya idarəçiləri ilə tanışlıqların formalaşdırılması idi.
Təcrübə Proqramının iştirakçıları QUTechnopark-ın həyata keçirdiyi Yeni Fikir Müsabiqəsinin (YFM) ən yaxşı iş fikirlərinin müəllifləridir.
Türkiyədə Texnopark Təcrübəsi proqramı 12-31 Avqust 2013 tarixinlərində Yıldız Texniki Universiteti (YTU) Texnoparkı, İstanbul Texniki Universiteti (İTU) Texnoparkı və Orta Doğu Texniki Universiteti (ODTU) Texnoparkında həyata keçirildi. Bununla belə, TTTP iştirakçıları Fatih Universitetində də görüşlər keçirərək, bu universitetin mühəndislik və digər sahələri üzrə uğurları ilə yaxından tanış oldular. Fatih Universitetində TTTP iştirakçılarını həmin universitetin Mühəndislik Fakülətisinin dekanı professor Cevdet Meriç bey qarşıladı.
YFM-nin qalibləri hesab olunan proqram iştirakçıları təcrübə zamanı texnoparklarda formalaşıb inkişaf edən, eləcə də texnoparklarda mövcud olan ekosistemin imkanlarında faydalanaraq böyüməsini təmin edən müxtəlif şirkətlərdə təcrübə qazandılar.
TTTP iştirakçıalrı təcrübə proqramında əldə etdikləri bilik və bacarıqlardan istifadə edərək öz şirkətlərini formalaşdıracaqlar. Xatırladaq ki, TTTP iştirakçıları QUTechnopark-ın təşkil etdiyi Yeni Fikir Müsabiqəsinin qalibləri olaraq QUTechnopark İnkubasiya Mərkəzində bir il müddətində ofislə təmin olunublar.
QUTechnopark-ın təşkil etdiyi TTTP Qafqaz Universiteti və TİKA Bakı Koordinatorluğunun maliyyə dəstəyi ilə həyata keçirildi.

Yıldız Texniki Universiteti (YTU) Texnoparkında
Təcrübə proqramının iştirakçıları YTU Texnoparkının rəhbərliyi tərəfindən yüksək səviyyədə qarşılandı. Əvvəlcə, YTU Texnoparkının genel müdiri Dr. Mahmud Karaman proqram iştirakçıları ilə görüşərək, texnoparkın ümumi fəaliyyəti haqqında məlumat verdi. İş fikri profilinə uyğun firma müəyyənləşdirilməsindən sonra, texnoparkla ümumi tanışlıq gəzintisi təşkil edildi.
Proqramın ikinci günündə YTU Texnoparkı Texnoloji Transfer Ofisinin (TTO) Şirkətləşmə və Təşəbbüskarlıq modulu üzrə uzmanı Emre Ötenkuşun təqdimatında seminar-təlim keçirildi. Seminar-təlim Proqram işçtirakçılarının xüsusi marağına səbəb oldu. Seminar-təlimdə Azərbaycanda və Türkiyədə təşəbbüskarlıq imkanları da müqayisəli təhlil edildi və gələcəkdə əməkdaşlıq edilə biləcək istiqamətlər haqqında müzakirələr aparıldı.
Proqram əsasında gənc təşəbbüskarlar YTU Texnoparkında fəaliyyət gösətərən CGM, FİNTEK, UYUMSOFT, YAZ BİLGİ, İPERA, TTO, NUKLEON, NEUTEC və s. şirkətlərdə qrup və ya fərdi olaraq  şirkətləşmə istiqamətində iş fikri profillərinə uyğun görüşlər keçirildi, müzakirələr aparıldı, gələcəkdə ola biləcək iş ortaqlıqlarının təməlləri formalaşdırıldı.

İstanbul Teknik Universitetinin (İTU) Texnoparkında
YTU Texnoparkından sonra, TTTP iştirakçıları İTU ARI Texnoparkında 3 gün ərzində (21-23 avqust 2013) təcrübə keçdilər.
Proqramın birinci günündə İTU ARI Texnoparkı İş Gəlişdirmə üzrə direktoru Arzu Eryılmazın təqdimtaında “İTU ARI Texnoparkı və ARI Çekirdek” mövzusunda seminar keçirildi. Daha sonra isə İTU Texnoparkı ARI Çekirdek-də müşahidələr aparıldı. Müşahidələr zamanı Ön Kulucka və Kuluçka Mərkəzləri ilə tanışlıq maraqla qarşılandı. Ön Kuluçka Mərkəzində şirkətləşməkdə olan layihələr üzrəində iş aparılarkən, Kuluçka Mərkəzində isə artıq şirkətləşmiş layihələr üzrəində təcrübə mübadiləsi aparıldı.
TTTP iştirakçıları ARI Çekirdek Kuluçka Mərkəzində fəaliyyət göstərən ABIDOS, İMONA, BELLUM, BUNSAR, TVY DƏNIZCILIK şirkətlərinin qurucuları ilə tək-tək görüşərək təcrübə mübadiləsi apardılar.
TTTP iştirakçıları İTU-nin zəngin laboratoriya şəraiti ilə də yaxından tanış oldular.
İTU Texnoparkında təcrübə zamanı ABC Danışmanlıq Tanıtım və Eğitim Ltd. Şirkətinin qurucusu, tanınmış təlimçi Yekta Özözerin təqdimatında keçirilən “İNNOVASİYA” seminar xüsusi marağa səbəb oldu. Seminar gənc təşəbbüskarlar üçün çox faydalı oldu.

 Orta Doğu Texniki Universiteti (ODTU) Texnoparkında
İstanbulda başlayan TTTP 26 avqust 2013-cü il tarixindən etibarən Ankarada davam etdirildi.
            TTTP iştirakçıları Ankarada,  əvvəlcə, ODTU Texnoparkında oldular. İlkin tanışlıqdan sonra ODTU texnoparkının vitse-prezidenti Dr. Ufuk Batumun təqdimatında seminarda iştirak etdilər.
Seminarda azəbaycanlı gənc təşəbbüskarlarla yanaşı, Liviyanın dövlət nümayəndələri də iştirak edirdilər. Liviyadan gəlmiş nümayəndə heyəti ODTU texnoparkı ilə iş birliyi məqsədi ilə görüşlər keçiridilər. Görüş zamanı Liviya nümayəndə heyəti ilə ODTU arasında memorondum da imzalandı.
Təcrübə proqramının ikinci günü TTTP iştirakçıları ODTU-nin dəstəyi ilə Ankara Kalkınma Ajansı və KOSGEB Ankara Ostim İşlətmə Gəliştirmə Mərkəzlərində görüşlər keçirdilər.
ODTU texnoparkında müxtəlif şirkətlərdə təcrübə mübadiləsi aparan TTTP iştirakçıları, həmçinin  Kazım Yalçınoğlu, Hürsel Kendir və Emek Kepenek kimi təcrübəli mütəxəssislərdən təlimlər də aldılar.  

TTTP iştirakçıları İstanbul və Ankaranın görməli yerlərində
Təcrübə Proqramının iştirakçıları boş vaxtlarında İstanbul və Ankaranın tükənməz turizm potensialındam fayadlandılar.

Türkiyədə Texnopark Təcrübəsi Proqramının iştirakçıları

Adı ve Soyadı
Təhsil aldığı Universitet
Layihə  adı
Layihənin profili
  1. 1.        
İsa Qasımov (QUTechnopark-ın müdiri)
Təcrübə ProqramınınRəhbəri


  1.  
Bəşirzadə Nəcməddin


Qafqaz Universiteti
Alternativyanacaq
Kimya, hidrojenin alınması
  1.  
Kənan Şıxəliyev

Qafqaz  Universiteti
Alternativyanacaq
Kimya, hidrojenin alınması
  1.  
Nazim Nağızadə

QafqazUniversiteti
Alternativyanacaq
Kimya, hidrojenin alınması
  1.  
Farahim Alili
Az.Texniki Univer
İvanna
Mobile web-app
  1.  
Nərmin Ismayılova

Bakı Dövlət Universit
İvanna
Mobile web-app
  1.  
Nadir Hajiyev

Qafqaz Universiteti
İvanna
Mobile web-app
  1.  
Sama Belyani
Qafqaz Universiteti
Hyper buyer
e-satış
  1.  
Sina Belyani

Qafqaz Universiteti
Hyper buyer
e-satış
  1.  
HamedMohammadpour
Bakı Dövlət Universit
Hyper buyer
e-satış
  1.  
Tofiq Hidayətzadə


Xezri
elektromobil
  1.  
Məhəmməd Əliyev

T.C.İstanbulUniversiteti
Callidus
biletlerin e-satışı
  1.  
Balaşirin Əhmədov


Az.Döv.İqtisadUniversi

Robotteknikler
manyetik motor
  1.  
Nərmin Əliyeva
Qafqaz Universiteti
Azshop
e-satış malzemeleri)

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır