Qafqaz Universitetində Türkiyəli yazıçı ilə görüş keçirilib

27 September, 2013,
   Sentyabr ayının 23-də Qafqaz Universitetində Pedaqogika Fakültəsi Dil və Ədəbiyyat müəllimliyi kafedrasının tələbələri Türkiyəli yazıçı Ömər Sevinçgül ilə görüş keçirib. Bu görüşdə həmçinin Avrasiya Yazıçılar Birliyinin sədri, "Qardaş qələmlər" dərgisinin redaktoru Doç.Yakup Öməroğlu və Timaş nəşriyyatının editoru Cüneyt Dalqakıran da iştirak ediblər.Tədbirin açılışında Ömər Sevinçgülün tərcümeyi-halı oxunaraq onun haqqında tələbələrə məlumat verildi. Gənçlərin yazıçısı kimi tanınan Ömər  Sevinçgül tələbələrlə söhbət edərək onları maraqlandıran suallara cavab verib. Digər qonaqlar da çıxış edərək tələbələrin suallarını cavablandırdılar. Bu tədbirdə yazıçı Ömər Sevinçgüllə tələbələr arasında maraqlı dialoq yaşanıb. Tədbirin sonunda qonaqlara Fakültə dekanı tərəfindən universitetimizdən xatirə olaraq təşəkkürnamə verilib. 

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF