Qafqaz Universiteti tender elan edir
Qafqaz Universiteti Avropa Kommissiyasi EACEA Təhsil Agentliyinin dəstəklədiyi Enotes 530340-TEMPUS-1-2012-1-AZ-TEMPUS-JPHES layihəsi çərçivəsində tenderə dəvət edir.
Layihənin əsas məqsədi ECDL Milli Test və Təlim Mərkəzlərinin Azərbaycan ali təhsil müəssisələrində qurulmasını təşkil etməkdir. Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə bağlı zərflərdə yazılı surətdə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalıdırlar.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
1) Tenderdə iştirak etmək üçün Qafqaz Universitetinin rektoruna yazılı müraciət;
a) Təşkilatın adı, ünvanı, əlaqə nömrələri, elektron poçt, əlaqələndirici şəxsin adı, VÖEN sənədinin nüsxəsi (müraciətə əlavə olaraq)
2) Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
3) Tender təklifi dəyərinin 2 % -i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bankgünü qüvvədə olmalıdır);
4) Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqandan arayış;
5) İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
6) İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
7) İddiaçının tam adı hüquqi statusu, nizamnaməsi qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
8) İddiaçılar müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;
İddiaçı Təklif barədə aşağıdakıları bildirməlidir:
- Elana əsaslanaraq təklifin xülasəsi
- İcra planı/qrafiki
- ƏDV daxil olub-olmadığı barədə məlumat daxil olmaqla Büdcə (yalnız Azərbaycan manatı ilə)
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).
Tender proseduru «Dövlət satınalmaları haqqında» qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı
istisna olmaqla) 20 Sentyabr 2013 tarixinə qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş
ikiqat zərfdə 16 Sentyabr 2013 qədər Qafqaz Universiteti, Bakı-Sumqayıt Yolu 16-km Xırdalan, Bakı
AZ0101, Azərbaycan ünvanına təqdim etməlidirlər.Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.İddiaçıların təklifləri 23 Sentyabr 2013 tarixində Qafqaz Universiteti, Bakı-Sumqayıt Yolu 16-km Xırdalan, Bakı AZ0101, Azərbaycan ünvanında açılacaqdır. İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.
Əlaqədar şəxs:
Ədalət Mikayılov
Email: amikayilov@qu.edu.az
Mobil No: 0517906950
İş telefonu: 012 4482862-69 (daxili 217)