Qafqaz Universiteti Texnoparkının Türkiyədə təcrübə proqramı başa çatıb



Qafqaz Universiteti Texnoparkının (QUTechnopark) həyata keçirdiyi Türkiyədə Texnopark Təcrübəsi Proqramı (TTTP) başa çatıb.
Universitetdən Trend-ə verilən məlumata görə, sahibkarlığın inkişafına dəstək proqramlarından olan TTTP gənc təşəbbüskarların iştirakı ilə Türkiyədə fəaliyyət göstərən aparıcı texnoparklarda həyata keçirilib. Təcrübə proqramının məqsədi gənc təşəbbüskarların şirkətləşmə istiqamətində nəzəri və praktiki potensiallarının artırılması ilə yanaşı, fəaliyyətdə olan təşəbbüskar firmaların qurucuları və ya idarəçiləri ilə tanışlıqların formalaşdırılması olub.
Təcrübə proqramının iştirakçıları QUTechnopark-ın həyata keçirdiyi Yeni Fikir Müsabiqəsinin ən yaxşı iş fikirlərinin müəllifləridir.
Türkiyədə Texnopark Təcrübəsi Proqramı avqustun 12-dən 31-dək Yıldız Texniki Universiteti Texnoparkı, İstanbul Texniki Universiteti Texnoparkı və Orta Doğu Texniki Universiteti Texnoparkında həyata keçirilib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF