Fizika İnstitunun professoru Universitetimizə gözəl təklif etdi.
Bu gün Qafqaz Universiteti İş Dünyası ilə Əlaqələr Şöbəsi Fizika İnstitunun Professoru Emil bəy və onun köməkçisi Rüfət bəyi qəbul etdi. Şöbəmizin təşkil etdiyi görüşdə Prof. Emil bəy Fizika müəllimliyi və Kimya Mühəndisliyində oxuyan tələbələrimizə gözəl təkliflər etdi. Belə ki, qonaqlarımız Almaniya , Yaponiya və İngiltərədən gətirilən yeni texnalogiyalarından istifadə etmək üçün bizim tələbələrin orada təcrübə keçmələri və işlə təmin olunmalarına daima hazır olduqlarını qeyd etdilər. Hörmətli Prorektorumuz Prof. Dr. Niftalı Qocayevində iştirak etdiyi görüşdə bütün bu təkliflərin rektor bəylə görüşülüb müqavilə bağlanılması təklifi olundu. Sonda Şöbəmiz qonaqları Universitetimizin dərs şəraitiylə yaxından tanış etdi və xatirə şəkili çəkdirdi.
KPM: İlkin Məcidov