Qafqaz Universitetində Bilik Günü


Qafqaz Universitetində 16 sentyabr  Bilik Günü münasibətilə 2013-2014 tədris ilinin açılış proqramı keçirilib. Tədbirdə Beynəlxalq Təhsil Mərkəzinin Təhsil Şurasının sədri cənab Ənvər Özərən bəy, millət vəkili Ziyad Səmədzadə, universitetin professor müəllim heyəti, valideynlər və tələbələr iştirak ediblər. Tədbir ümummilli lideri Heydər Əliyev və Türkiyə Cümhuriyyətinin qurucusu ulu öndər Mustafa Kamal Atatürk başda olmaqla, ölkələrimizin müstəqilliyi uğrunda mübarizədə şəhidlik zirvəsinə ucalmış vətən övladlarımızın, elm, mədəniyyət, maarifimizin bu günlərə çatmasında əməyi keçmiş elm adamlarımızın xatirəsini bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan və Türkiyə Respublikalarının dövlət himnlərinin oxunmasıyla açıq elan edilib.

Tədbiri giriş nitqi ilə açan universitetin rektoru, professor Ahmet Saniç vurğulayıb ki, 2013-2014 tədris ilində Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə keçirilmiş qəbul imtahanlarında 6 nəfər maksimal nəticə göstərərək 700 bal toplayıb. Ən yüksək nəticə göstərmiş tələbələr arasında təhsillərini Qafqaz Universitetində davam etdirmək istəyənlər də var:  “Bizim üçün sevindirici haldır ki, onlardan biri Sumqayıt Texniki və Təbiət elmləri təmayüllü liseyinin məzunu Flora Qafarova və  Bakı şəhəri 277 saylı məktəbin məzunu 2 qrup Respublika Birincisi Kənan Səfərli Universitetimizi seçmişdir”.  Rektor Qafqaz Universitetinin fəaliyyəti barədə də danışaraq vurğulayıb ki, bu işdə ümummilli lider Heydər Əliyevin çox böyük xidmətləri var. Məhz təhsil ocağı onun xeyir-duası ilə fəaliyyətə başlayıb. A.Saniç Azərbaycanın mövcud təhsil siyasətinə də toxunaraq prezident İlham Əliyevin bu sahəyə böyük diqqət ayırdığını, Azərbaycan təhsilinin sürətlə inkişaf etdiyini də söyləyib. Daha sonra bildirib ki, bu il  Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirmiş olduğu qəbul imtahanında  600-dən  yuxarı bal toplayan 185 tələbə, həmçinin 19 prezident təqaüdçüsü Qafqaz Universitetində təhsil alacaqlar.

Tədbirdə Azərbaycan Beynəlxalq Təhsil Mərkəzinin sədri Dr.Ənvər Özərən çıxış edərək Türkiyə və Azərbaycan arasında təhsil sahəsində yüksək əməkdaşlığın mövcud olduğunu dedi. Onun sözlərinə görə, bu əməkdaşlığın əsasının qoyulması və daha da inkişaf etdirilməsi təbii ki, ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. 

Millət vəkili, akademik Ziyad Səmədzadə çıxış edərək, tələbələri və onların valideynlərini, müəllimləri yeni tədris ilinin başlanması münasibətilə  təbrik edərək, yeni-yeni uğurlar arzuladı. Ona universitetin fəxri plaketi təqdim edildi. 

Daha sonra səhnəyə bu il keçirilən qəbul imtahanlarında uğurla iştirak edən 52 tələbəyə universitet tərəfindən Notebook və digər qiymətli hədiyyələr təqdim edildi. Tələbələrin iştirakı ilə konsert proqramı təqdim edildi.
S.Qarayeva

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF