650-dən yuxarı bal toplamış sumqayıtlı gənclərlə görüş keçirilmişdir



Avqustun 30-da “Azərikimya” İstehsalat Birliyinin akt zalında bu il Bakı Ali Neft Məktəbinə və Qafqaz Universitetinə 650-dən yuxarı balla qəbul olunmuş sumqayıtlı abituriyentlərlə görüş keçirilmişdir.

Görüşdə “Azərikimya” İstehsalat Birliyinin, Qafqaz Universitetinin, Bakı Ali Neft Məktəbinin, abituriyentlərin təmsil olunduğu məktəblərin rəhbərləri, Sumqayıt Təlim-Tədris Mərkəzinin şagirdləri, eləcə də Qafqaz Universitetinin Birliyin müəssisələrində istehsalat təcrübəsində olan tələbələri iştirak etmişlər.
“Azərikimya” İstehsalat Birliyinin Müşahidə Şurasının sədri, millət vəkili Muxtar Babayev, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, Qafqaz Universitetinin rektoru Ahmet Saniç və Sumqayıt şəhər Təhsil şöbəsinin müdiri Vaqif Ələkbərov çıxış edərək abituriyentlərin yüksək göstəricilərə nail olmaqla tələbə adı qazanmaları münasibətilə təbrik etmiş, onlara təhsildə uğurlar arzulamışlar. Görüşdə abituriyentlərin sualları cavablandırılmışdır.
Sonda Bakı Ali Neft Məktəbinin və Qafqaz Universitetinin tələbəsi adını qazanmış sumqayıtlı gənclərə “Azərikimya” İB-nin qiymətli hədiyyələri təqdim edilmişdir.

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF