14 GÜNLÜK YAY MƏKTƏBİ UGURLA BAŞA ÇATDI…


 14 günlük yay məktəbimiz avqustun isti günlərindən biri sübh tezdən Heydər Əliyev havalimanından yola düşməklə başladı. Buna baxmayaraq Polşaya çatanda bizi Şərqi Avropanın sərin havası qarşıladı. 39 nəfərdən ibarət olan heyətimiz qarşımızda duran gərgin və maraqlı proqrama hazır idi. 14 günlük proqramımızda həftə içi səhər 9-da xarici professorların seminarları ilə başlayıb Qafqaz Universitetinin müəllimlərinin maraqlı və interaktiv proqramları ilə davam etdi. Dərslərimizi maraqlı edən səbəblərdən biri isə qloballaşan dövrdə tez-tez müzakirə obyekti olan Avropa İttifaqı və İnteqrasiya ilə əlaqədarmövzuların seçilməsi oldu. Günün ikinci yarısından sonrakı vaxtlarımız fərdi və kollektiv gəzintilər üçün nəzərdə tutulmuşdu. Həftə içi gəzintilərimiz Varşavanın Qədim Şəhərində, Lojenki parkında, İstiqlal Muzeyində və Kopernik adına texnologiya muzeylərində oldu. Bu yerləri gəzərkən şəhərin tarixi və İkinci Dünya müharibəsində Almanlar tərəfindən dağıdılması haqqında tarixi məlumatları da əldə etdik. Hətta İstiqlal   müzeyində şəhərin yerlə bir edilməsinin canlı video lentini də izlədik. Bu müzeydə Varşavanı müdafiə edən əsgərlərin istifadə etdiyi silahları, əşyaları və paltarları yaxından izləmə imkanı əldə etdik. Həftə içi gəzintilərimizdən ən təsirli və yadda qalanı isə qədimliyini və əzəmətini qoruyub saxlamış Krakov şəhərinə oldu. Bu səfərimizin gərgin notları Almanlar tərəfindən AUSCHWITZ  adlandırılan və yəhudilərin, polyakların və qaraçıların kütləvi şəkildə qazda boğularaq öldürüldükdən sonra sobalarda yandırılaraq külə çevirildikləri məkana səfərimiz oldu. Bu məkan hətta hər daşı ilə insana təsir edirdi. Əsirlərin kütləvi şəkildə köçürüldüyü dəmir yolu reyslərini gördükdə filmlərdə gördüyümüz səhnələri xatırlamamaq mümkün deyildi. Burdan sonrakı gəzintimiz isə əvvəllər bu ərazidə yerləşən dövlətlərin mərkəzi olan Krakov şəhərindəki kral sarayına oldu. Təpəlikdə yerkəşən qaladan şəhərin Vistula çayının qoluna açılan pəncərəsindən şəhərin ürəkaçan mənzərəsini seyr etdik. Səfərimiz günün sonuna yaxın İçəri şəhərdəki gəzintimizlə və 5 saatlıq maraqlı yol macəralarımızla başa çatdı. Həftə içi daha bir macəralı gəzintimiz isə meşədə piknikimiz oldu. Müəllimlərimizin hazıladığı yeməklərdən yemək vəonlarla meşədə azman hərdəfə ələ düşən fürsətlərdən deyil. 
Həftə içi maraqlı informasiyalarla zəngin olan seminarlarımızdan əlavə Azərbaycanın Polşadakı Fövqəladə və Səlahiyyətli Səfiri, Həsən Həsənovla görüşümüz proqramımıza daha da rəng qatdı. Onunla olan səmimi söhbətlərimizdən Polşa ilə Azərbaycan arasındakı  tarixi dostluq səhifələrindən söz açıldı. Həsən Həsənovun rəhbərliyi ilə başlamış Polşada Azərbaycan izləri adlı layihə çərçivəsində görülən işlər isə hər birimizin rəğbətinə və sevincinə səbəb oldu. Görüşümüzün sonunda isə Səfir tələbələrin suallarını da cavabsız qoymadı.

Həftə sonu gəzintilərimizin isə bu proqramda xüsusi yeri oldu. 14gün ərzində Avropanın üç paytaxtında olmaq onların tarixi, mədəniyyəti, ənənələri ilə tanış olmaq həyəcan verici idi. İlk səfərimiz Avropanın ən gözəl şəhərlərindən biri olan Çexiya Respublikasının paytaxtına oldu. Tələbələrin ən çox marağına səbəb olan Praqada sanki arzularımızın şəhəri ilə qucaqlaşdıq. Çarlıs körpüsü üzərindəki gəzintimiz, axşam üstü Venesiyanı xatırladan Voltova çayında qayıqla Çarlıs körpüsünün altından üzüb keçməyimiz, keçmişdə kral sarayı olan hal-hazırda isə Prezident igamətgahı kimi istifadə olunan saraya gəzintimiz hər birimizin yaddaşında unutulmaz xatirəyə çevriləcəyinə şübhəmiz yoxdur. 

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF