Qafqaz univeristetində olmaqdan qürur duyuram
25 September, 2013, Bakıda keçirilən Beynəlxalq Gömrük Muzeyləri Assosiasiyasının 21-ci konfransı və Baş Assosiasiyasının iclasında iştirak etmək üçün Azərbaycanda səfərdə olan Türkiyənin gömrük və ticarət nazirinin müavini Fatih Metinin rəhbərlik etdiyi nümayəndə heyyəti və Türkiyə cümhuriyyətinin Azərbaycandakı səfiri Alper Coşqun Qafqaz universitetində olublar. Qonaqları qarşılayan universitetin prorektoru Cihan Bulud təhsil ocağı haqda geniş məlumat verib,tədrislə bağlı sualları cavablandırıb.Universitetin maddi texniki bazası və dərs prosesi ilə tanış olan nümayəndə heyyəti yaradılmış şəraitdən məmnun qaldıqlarını ifadə ediblər.Sonda qonaqlar universitetə plaket hədiyyə edib və xatirə şəkli çəkdiriblər.
Fatih Metin (Türkiyənin gömrük və ticarət
nazirinin müavini )– Qafqaz universitetinin ziyarətimdən məmnun
qaldım.Azərbaycan gəncliyinin gözlərindəki parıltl və sevinc ifadələri
Türkiyə Azərbaycan qardaşlığının bir ifadəsi kimi qəbul edirəm.Əsrimizin
Modern təhsil sisteminin bütün yönlərini əhatə edən təhsil
müəsisəsinin qurulmasında əməyi keçən hər kəsə təşəkkür edirəm.