Qafqaz Universitetinin tələbələri İstanbul Birjasında
Qafqaz Universiteti və İstanbul Birjasının tədris razılaşmasına əsasən, 4-5 Sentyabr tarixlərində Qafqaz Universitetinin İqtisadiyyat və İdarəetmə Fakültəsinin bir qrup tələbəsi Borsa İstanbulda "Türkiyə Sərmayə Bazarları" adlı 2 günlük təlimdə iştirak etdilər. 4 Sentyabrda tələbələri qarşılayan Borsa İstanbulun İnsan resursları bölməsinin müdür müavini Dr. Taşkın Subaşı tələbələrimizə Birjanın təlim-təcürbə proqramları və universitet seminarları haqqında məlumat verdi. Daha sonra Təlim proqramı Birjanın müxtəlif sahələr üzrə mütəxəssisləri tərəfindən davam etdirildi. Birjanın xarici əlaqələr bölməsinin əməkdaşı Bengi Kadığolu Türk sərmayə bazarları və birjanın tarixi haqqında giriş məlumatlarını verdi. Kotirovkalar bölməsindən Yahya Sayman IPO-lar və birjada listinq haqqında praktik seminarla şirkətlərin birjaya necə daxil olması, birjada əməliyyat aparılma şərtləri və qaydalarını izah etdi. Təlimin 1-ci gününün son seminarını İnkişaf etməkdə olan bazarlar bölməsindən Filiz Seyman verdi. "İnkişaf etməkdə olan bazar əməliyyatları" mövzusunda təqdimat edən Filiz xanım kiçik və orta sahibkarlıqların (KOS) hissə sənədləri bazarlarındakı fəaliyyətləri haqqında tələbələrimizə məlumat verdi və suallarını cavablandırdı. Birjanın 2-ci seansının sonunda tələbələrimiz birjanın əməliyyat salonunu gəzib, brokerlərin fəaliyyətlərinə tamaşa etdilər.
Təlimin 2-ci günü İndeks və Məlumatlar bölməsindən Fatih Saz tələbələrimizə Birja indeksləri, sərmayə artırımı və divident ödəmələrində qiymətin müəyyən edilməsi mövzularında seminar verdi. Təlim daha sonra Nəzarət və Təftiş Bölməsindən Erdoğan Acarın "Bazar nəzarəti" mövzulu seminarı ilə davam etdi. Təlimin son dərsi Törəmə Alətlər Bazarı bölməsindən Tüğçe Tokemin "törəmə alətlər bazarı və opsion əməliyyatları" mövzusu ilə yekinlaşdı. 2 günlük təlimin sonunda Borsa İstanbulun İnsan Resursları Bölməsinin müdürü Faik Köklü tələbələrimizlə görüşərək təlim haqqında təəssüratlarını dinlədi və Borsa İstanbul Qafqaz Universiteti əməkdaşlığından məmnun qaldığını qeyd etdi. Maliyyə bölməsinin müdürü Elçin Süleymanov təlimdən çox razı qaldıqlarını, əməkdaşlığın davam etməsini arzuladığını qeyd etdi. Seminarın sonunda Faik Köklü tələbələrimizə təlimdə iştirak etmələri haqqında sertifikat təqdim etdi.
2 günlük seminarda maliyyə ixtisasından Səbuhi Əbilhəsənli, Təmraz Rzayev, Səmra Talışinskaya, Aydan Cəfərli, Samir Abbasov və Orxan Əsgərli; dünya iqtisadiyyatı ixtisasından Sürəyya Hacızadə, Fidan Rzazadə, Nurlan Cəbrayılov, Vüqar Nəzərli, Təbriz Məmmədli, Nicat Həsənli, Amil Askerov və Xalis Məmmədov; biznesin idarəedilməsi ixtisasından Cəmilə Vəliyeva, Araz Novruzov və Sərxan Feziyev iştirak etdilər.