Qafqaz Universitetinin əməkdaşı Tallin universitetində təcrübə proqramında iştirak edir


Qafqaz Universitetinin əməkdaşı Sahib Kazımov Avropa İttifaqının Erasmus Mundus layihəsi çərçivəsində ALRAKİS II proqramı vasitəsilə Estoniya Respublikası, Tallinn Universitetinin İnformasiya Elmləri İnstitutunda 1 aylıq akademik təcrübə mübadiləsi keçmək hüququnu qazanmışdır. 01-30 sentyabr 2013-cü il tarixləri arasında reallaşan təcrübə mübadiləsi zamanı ona Tallinn Universitetinin dünya səviyyəsində tanınmış professorlarından biri olan Prof. Sirje Virkus rəhbərlik edəcəkdir.
İştirakçılara Avropa Birliyinə üzv ölkələrin ən qabaqcıl universitet və tədqiqat mərkəzlərində tədqiqat aparmaq imkanı yaradan bu proqram çərçivəsində əməkdaşımız informasiya cəmiyyətinin inkişaf problemləri, elektron dövlət quruculuğu, regionlar arasındakı rəqəmsal fərqlərin qiymətləndirilməsi və s. kimi məsələlər üzrə tədqiqat aparacaqdır. Eləcə də, Qafqaz Universiteti və AMEA İnformasiya Texnologiyaları İnstitutu ilə Tallin Universiteti arasında gələcək əməkdaşlıq perspektivləri araşdırılır. Avropa təcübəsinin ölkəmizə gətirilməsi və müvafiq olaraq İKT ilini qeyd etdiyimiz Azərbaycanda dinamik inkişaf edən informasiya cəmiyyəti, elektron dövlət quruculuğu sahəsində qazanılmış təcrübənin Avropada aşılanması nöqteyi nəzərindən bu təcrübə mübadiləsinin çox əhəmiyyətli olacağına inanır əməkdaşımıza işlərində müvəffəqiyyətlər arzulayırıq. 
Xatırladaq ki, “ALRAKIS II” Avropa Birliyinin Erasmus Mundus Action 2 layihəsi çərçivəsində Cənubi Qafqaz və Ukraynadan akademik təcrübə mübadiləsinin həyata keçirilməsi üçün maliyyələşdirilən ikinci proqramdır. Qafqaz Universiteti də bu proqramın Azərbaycandan olan tərəfdaş universitetlərindən biridir. Ümumilikdə “ALRAKIS II” proqramı 2012-ci ilin 15 iyulundan 2016-cı ilin 14 iyul tarixinədək davam edəcəkdir. 
Proqram haqqında əlavə məlumat almaq istəyənlər bu keçiddən istifadə edə bilərlər:    http://www.alrakis2.eu/index.asp     

   



Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF