Qafqaz Universiteti Erasmus Mundus HUMERIA layihəsində tərəfdaş universitet hüququ qazanmışdır
Bakı, 5 sentyabr (AzərTAc). Qafqaz Universiteti 2013-cü ildə növbəti Erasmus Mundus layihəsi seçimlərində Erasmus Mundus HUMERIA layihəsində tərəfdaş universitet hüququ qazanmışdır.
Qafqaz Universitetindən AzərTAc-a bildirmişlər ki, layihənin əlaqələndiricisi Estoniyanın Tallinn Universitetidir. Layihədə 14 ölkədən 19 tərəfdaş universitet yer almaqdadır. HUMERIA layihəsi müvafiq universitetlər arasında əməkdaşlığın stimullaşdırılması, xüsusilə də Avropa İttifaqı və qonşu ölkələri arasında humanitar, təhsil, incəsənət, regional və beynəlxalq əlaqələr sahəsində təhsil müəssisələrinin tələbə və müəllimlərinin təhsil, təlim və təcrübə proqramlarını hədəfləməkdədir. HUMERIA layihəsi 2013-2016-cı illəri əhatə edəcəkdir.
Bundan əvvəl Erasmus Mundus ALRAKIS I, ALRAKIS II, BACKIS proqramları ilə Qafqaz Universitetindən 4 tələbə artıq təhsil almaqdadır. Universitetin akademik və administrativ heyətindən 3 nəfər də proqramlarda iştirak etmiş, 9 nəfər isə iştirak edəcəkdir.
Xatırladaq ki, Erasmus Mundus layihələri Avropa universitetləri ilə tərəfdaş ölkələrin universitetləri arasında tələbə və müəllim mübadiləsini artıran, bilik və təcrübələrin paylaşdırılmasını hədəfləyən layihələrdir.