Qafqaz universitetindən daha bir yenilik
Ölkəmizdə bu ilin İKT ili elan olunması bu sahəyə olan diqqəti dahada artırıb. Elmi texnoloji yenilikləri ilə seçilən Qafqaz Universiteti də bu sahədə yeniliklərə imza atır.
Yeni tədris ilində Suret Eyitim A.Ş tərəfindən universitetin 50 dərs otağına “Ağıllı lövhə” quraşdırılıb. Köhnə yazı lövhələrini əvəzləyən ağıllı lövhələrin üstünlüklərini saymaqla bitmir.Lövhənin yaddaşına kitablar, videolar və digər dərs vəsaitləri yerləşdirilir. Eyni zamanda internetə bağlanır. Tədris olunan dərslər yaddaşa yazılır dərsdən sonra istəyən tələbə həmin dərsin video yazısını özünə götürə bilir.
“Ağıllı lövhə”nin idarə edilməsi ilə bağlı universitetə dəvət olunmuş mütəxəsis Onur Şahin tərəfindən seminar verilib.Mütəxəsis qeyd edibki interaktiv lövhələr dərs prosesinidə interaktiv şəklə çevirir. Əvvəl lövhələrdən ancaq yazı üçün istifadə olunurdusa yeni lövhələrdən görüntülüdə istifadə etmək olur.İstənilən dərs vəsaitinin,proqramların elektron versiyası yuklənir və dərs prosesində istifadə olunur.
Qafqaz universitetinin ingilis dili müəlliməsi Vüsalə Hüseynova – İnteraktiv lövhələrdən istifadə ilk növbədə vaxtdan daha səmərəli istifadə etməyə şərait yaradır.Eyni zamanda dərslər daha maraqlı və rəngli olur.Xüsusən qramatika dərslərində lövhənin rəng imkanlarından istifadə etmək tələbələrin dərsi yaxşı mənimsəməsini təmin edir.
Qafqaz universitetinin 1-ci kurs tələbəsi Rəşad Yunusov –Əvvəllər belə bir lövhənin olmasını eşitmişdim.Burada əyani gördüm.Nəinki ağıllı lövə ümumiyyətlə universitetdə təhsil almaq üçün hər şərait yaradılıb.
Qafqaz universitetinin tələbəsi Kəmalə Dadaşova –Əvvəllər bu lövhə haqda məlumatım olmayıb. Qafqaz universitetinin tələbəsi oldum və burada gördüm. Lövhədən istifadə dərs prosesimizi sürətli və maraqlı edir. Video çarxlar izləyirik.Musiqilər dinləyirik.Bir sözlə mükəmməldir.
http://www.qu.edu.az/az/news/Qafqaz-universitetind%C9%99n-daha-bir-yenilik-3832.html
http://www.qu.edu.az/az/news/Qafqaz-universitetind%C9%99n-daha-bir-yenilik-3832.html