Koreyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri və Koreyanın Arirang televiziyasının prezidenti Qafqaz Universitetini ziyarət etdi.


Sentyabrın 4-də Xəzər tv-nin sədri Hüseyin Dinləməzin təşkilatçılığı ilə  Koreyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri H.E. Choi Suk-inn və koreyada fəaliyyət göstərən Arirang televiziyasının prezidenti Jie-Ae Sohn  Qafqaz Universitetini   ziyarət etdilər. Rektor professor Ahmed Saniç Koreyanın Ölkəmizdəki Fövqəladə və səlahiyyətli səfiri H.E. Choi Suk-inn salamladı və universiteti ziyarət etdiklərinə görə qonaqlara öz təşəkkürünü bildirdi. Sonra söz cənab səfirə verildi. Səfir  Qafqaz Universitetinə gəlişindən çox məmnun olduğunu söylədi. Səfir daha sonra öz çıxışında Qafqaz  Universiteti barədə  çox eşitmişdim  ziyarət məndə  xoş izlər buraxdı. Onun üçün də növbəti dəfə yenə dəvət edilsəm  heç bir tərəddüt etmədən yenidən bu təhsil ocağına qonaq gələrəm dedi. Səfir çıxış nitqini başa çatdırdıqdan sonra müəllimlərin təhsillə əlaqəli  suallarına cavab verdi.  Sonra günun xatirəsinə şəkil çəkildi və gələn heyyətə rektor Ahmet Saniç tərəfindən  xatirə plaketi təqdim olundu.

                                                                                                     Qafqaz Universitetinin mətbuat xidməti.

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF