Dünya miqyaslı siyahıda - 3 Azərbaycan universiteti

Share on faceboShare on twitterABŞ-dakı Massaçusets Texnologiya İnstitutu  (MİT) dünyanın ən yaxşı universitetidir. Harvard Universiteti ikinci, Kembric isə 3-cü sıradadır.
Bu barədə QS Quacquarelli Symonds şirkətinin hər il tərtib elədiyi 3000 təhsil məktəbi siyahısında bildirilir. Siyahıda ABŞ və Britaniya universitetləri ön sıralarda gedir.İlk onluqda Britaniyanın 4 məktəbi var.  Kembric 3-cü, London Universitet Kolleci 4, İmperial Kollec 5, və Oksford 6-cı sıradadır.Ilk onluqda növbəti yerləri ABŞ-dan Stanford, Yale, Çikaqo, Kaliforniya Texniki Universiteti və Prinston Universitetləri tutur.İlk 200 universitet arasında Azərbaycanın qonşuları və post sovet məkanından bu siyahıda ancaq bir universitet var – Moskvadakı Lomonosov adına Moskva Dövlət Universiteti, o da 120-ci sırada.

Azərbaycan ali təhsil məktəblərindən ancaq 3-ü 3 min ali məktəb arasına düşüb. Xəzər və Qafqaz Universitetləri 651-700-cü sıralarda, Bakı Dövlət Universiteti isə 701-ci sırada yer alıb.

 Ermənistan və Gürcüstanın heç bir ali məktəbi 3 minlik siyahıya düşməyib.

Türkiyədən 9 Universitet 3 minlik siyahıdadır. Bilkent Universiteti və Orta Şərq Texniki Universiteti 431-ci yerdədir. İrandan Şərif Texnologiya Universiteti və Tehran Universiteti Azərbaycan ali məktəblərindən bir az öndə, 601-650-ci sıralarda yerləşir.

http://www.xezerxeber.com/XeberOxu.aspx?id=71143#.UjFv2tJHJFZ

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF