X Beynəlxalq Türkcə Olimpiadasında Azərbaycanı təmsil edəcək şagirdlərin adları açıqlanıb

08 Mart - № 10  Mayın 30-dan iyunun 14-dək Türkiyədə X Beynəlxalq Türkcə Olimpiadası keçiriləcəkdir. 
Qafqaz Universitetinin Mətbuat xidmətindən aldığımız məlumata görə, martın 2-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında həmin olimpiadada iştirak etmək üçün namizədlərin seçilməsi məqsədilə ölkəmizdə keçirilmiş müsabiqənin final mərhələsi olmuşdur. Final mərhələsində mahnı və şeir kateqoriyalarında 12 şagird mübarizə aparmışdır.
Münsiflər heyətinin qərarı ilə şeir kateqoriyasında Lamiyə Quliyeva (Qafqaz Özəl Gimnaziyası), mahnı kateqoriyasında isə Səma Sultanova (Xocavənd rayonu 3 nömrəli orta məktəb) qızıl medala layiq görülmüşlər. Birinci yeri qazanan bu şagirdlər cari ilin iyun ayında Türkiyədə keçiriləcək X Beynəlxalq Türkcə Olimpiadasında ölkəmizi təmsil edəcəklər.
Qalibləri təbrik edən təhsil naziri Misir Mərdanov "Çağ" Öyrətim İşlətmələri Şirkətinin fəaliyyətini yüksək qiymətləndirmişdir. Ötən 20 ildə bu qurumun Azərbaycan-Türkiyə münasibətlərinə sədaqətlə xidmət etdiyini vurğulayan nazir təhsilimizin bugünkü səviyyəyə çatmasında ulu öndər Heydər Əliyevin xeyir-duası ilə fəaliyyətə başlamış "Çağ"ın danılmaz əməyi olduğunu bildirmişdir.
"Çağ" Öyrətim İşlətmələri Azərbaycan-Türkiyə Özəl Liseyləri Baş İdarəsinin rəisi Arif Gömleksiz müsabiqə barədə ətraflı məlumat vermişdir. Bildirilmişdir ki, builki olimpiadada dünyanın 140 ölkəsi iştirak edəcəkdir. Ayrı-ayrı dinləri, millətləri, irqləri təmsil edən şagirdlər türkcə şeir və mahnılarla öz duyğularını bəyan edəcək, türk dilinin sevgi, barış dili olduğunu bir daha dünyaya çatdıracaqlar. 
Y.ƏLİYEV

Bu blogdaki popüler yayınlar

THE UNIVERSITY WHICH IS CHOSEN BY THE STUDENTS WITH THE TOP SCORE OF 700

Təhsil naziri Ətraf Mühitin Mühafizəsi VI Beynəlxalq Layihə Olimpiadasının iştirakçıları ilə görüşüb

Rektörümüz Bilimsel Toplantı ve İşbirliği İçin Azerbaycan Kafkas Üniversitesinde