Təhsil sahəsində Azərbaycan-Türkiyə əlaqələri sürətlə inkişaf edir
Bakı, 16 mart (AzərTAc). Martın 16-da təhsil naziri Misir Mərdanov
Qafqaz Universitetində “Müasir Azərbaycan təhsili və “Çağ” Öyrətim”
mövzusunda keçiriləcək konfransda iştirak etmək üçün Türkiyədən
Azərbaycana gəlmiş nümayəndə heyəti ilə görüşmüşdür.
Təhsil Nazirliyindən AzərTAc-a bildirmişlər ki, görüşdə M.Mərdanov iki qardaş ölkə arasındakı əlaqələrin, o cümlədən təhsil sahəsindəki əməkdaşlığın əhəmiyyətini vurğulamışdır.
“Çağ” Öyrətim İşlətmələri Şirkətinin ölkəmizdə fəaliyyəti, qazandığı uğurlar barədə məlumat verən nazir, eyni zamanda, Qafqaz Universitetinin, Azərbaycan-türk özəl liseylərinin təhsilə verdiyi töhfələrdən bəhs etmişdir.
M.Mərdanov təhsilimizin səviyyəsinin daha da yüksəldilməsi üçün qarşıda duran vəzifələri də diqqətə çatdırmışdır.
Türkiyə Böyük Millət Məclisi sədrinin müavini Məhmət Sağlam, Turqut Özal Universitetinin rektoru Erol Oral təhsil əlaqələrimizin uğurlu nəticələrindən bəhs etmişlər.
Qafqaz Universitetinin rektoru Əhməd Saniç rəhbərlik etdiyi ali məktəbin fəaliyyətinin prioritet istiqamətləri barədə məlumat vermişdir.
Rektor “Çağ” Öyrətim İşlətmələri Şirkətinin fəaliyyətinə Azərbaycan dövləti tərəfindən göstərilən dəstəyi xüsusi vurğulamışdır.
Sonra geniş fikir mübadiləsi aparılmışdır.