“Türk Dünyasının dünəni, bu günü , sabahı” - FOTOLENT

Bölmə: SİYASƏT
14 Mart 2012 18:40


Qafqaz Universitetində “Türk Ocaqları”nın 100 illiyi münasibətilə “Türk Dünyasının dünəni, bu günü, sabahı” adlı konfrans keçirilib. Lent.az-ın verdiyi xəbərə görə, əvvəlcə universitetin rektoru professor Əhməd Saniç çıxış edərək, Azərbaycan-Türkiyə ortaq elm-təhsil ocağı olaraq təsis edilmiş Qafqaz Universitetinin uğurları haqqında məlumat verib. O, öz çıxışında qardaş ölkələr arasında elm-təhsil əlaqələrinin, gənclik mübadiləsinin perspektivləri barədə fikirlərini bölüşüb.

“Türk Ocaqları” İstanbul şöbəsi, Azərbaycanda Atatürk Mərkəzi, “Avrasya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyi, Qafqaz Universiteti, Azərbaycan-Türkiyə İşadamları Birliyi (ATİB), Türkiyənin Azərbaycandakı səfirliyi və TİKA-nın təşkilatçılığı ilə keçirilən konfransın təşəbbüskarlarından və təşkilatçılarından olan millət vəkili Qənirə Paşayeva 13 martda Azərbaycanda Atatürk Mərkəzində başlanan “Türk Ocaqları”nın 100 illiyi şərəfinə düzənlənən tədbirlərin və Qafqaz Universitetində keçirilən konfransda verilən mesajların daha çox gənclərə, gələcəyə ünvanlandığını və konfrans iştirakçılarının böyük bir hissəsinin tələbələr, gənc müəllimlər olmasının çox anlamlı olduğunu bildirib.

Sonra çıxış edən digər qonaqlar “Türk Ocaqları”nın 100 illiyini əslində bir ideyanın 100 illik yubileyi olduğu, o ideyanın hələ istifadə olunmamış böyük potensialının mövcudluğu, Azərbaycan-Türkiyə qardaşlığının dünəni, bu günü və sabahı barədə, “Türk Ocaqları”nın qarşılıqlı münasibətlər sistemində yeri və rolu barədə öz fikirlərini bölüşüblər.

Mərasimin sonunda Qafqaz Universiteti rəhbərliyinin “Türk Dünyasının dünəni, bu günü , sabahı ” adlı konfrans münasibəti ilə təsis etdiyi mükafatlar sahiblərinə təqdim edilib. Mükafatlar Türkiyə Cümhuriyyətinin səfiri Hulusi Kılıç, Nizami Cəfərov, Qənirə Paşayeva, Necdət Ünüvar, Cezmi Bayram layiq görülüb.

http://lent.az/xeber_89100_%E2%80%9CT%C3%BCrk_D%C3%BCnyas%C4%B1n%C4%B1n_d%C3%BCn%C9%99ni,_bu_g%C3%BCn%C3%BC_,_sabah%C4%B1%E2%80%9D_-_FOTOLENT 
 


ARDNŞ-in təşkilatçılığı ilə “Azərikimya” İstehsalat Birliyinin inzibati binasında Sumqayıtın müəssisə, idarə və təşkilatlarının komandaları arasında stolüstü tennis üzrə şəhər turniri keçirilmişdir.
Yarışlara hər birində 5 idmançı olmaqla 17 komanda qatılmışdır. Olimpiya sistemi üzrə keçirilən yarışda ARDNŞ-in “Azərikimya” İB və Sumqayıt şəhər Qaz İdarəsi də daxil olmaqla 5 komandası, Fövqəladə Hallar Nazirliyinin, Sumqayıt şəhər Təhsil şöbəsinin, “Bismak” QSK-nın, Sumqayıt Dövlət Universitetinin, “Azenko” ASC-nin, həmçinin Qafqaz Universitetinin idmançıları və mətbuat nümayəndələrindən ibarət komandalar iştirak etmişlər. Gərgin rəqabət və idman mübarizəsi şəraitində iki gün davam etmiş yarışlarda hər birinin tərkibində üç kişi və iki qadın tennisçinin olduğu komandalar maksimum fəallıq, qələbə əzmi nümayiş etdirmişlər. Yarışlarda daha yaxşı nəticələr göstərmiş Sumqayıt şəhər Təhsil şöbəsinin komandası 1-ci yeri tutaraq tennis üzrə şəhər turnirinin qalibi olmuşdur. Sumqayıt şəhər Yanğından Mühafizə İdarəsinin idmançıları 2-ci, “Azərikimya-1” və Etilen-polietilen zavodunun komandaları isə müvafiq olaraq 3 və 4-cü yerləri qazanmışlar. Qalib komandalar mükafatlandırılmışlar. Mükafatlar “Azərikimya” İB Müşahidə Şurasının sədri Muxtar Babayev, Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Musa Həsənov, Birlik Həmkarlar İttifaqı Komitəsinin sədri Vaqif Ömərov tərəfindən təqdim edilmişdir.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə “İdman ili” elan edilmiş 2012-ci ildə ARDNŞ-də hazırlanmış xüsusi tədbirlər planına uyğun olaraq “Azərikimya” İstehsalat Birliyi tərəfindən Sumqayıt şəhərinin müəssisələri arasında mütəmadi olaraq idman yarışları keçirilir. “İdman ili” çərçivəsində yanvar ayında Sumqayıtın məktəb komandaları arasında futbol üzrə şəhər turniri, fevralda isə müəssisə və idarələrin idmançılarının iştirakı ilə iki gün davam edən şahmat yarışları keçirilmişdir.

Read more about dünya by Nusret

Bu blogdaki popüler yayınlar

THE UNIVERSITY WHICH IS CHOSEN BY THE STUDENTS WITH THE TOP SCORE OF 700

Təhsil naziri Ətraf Mühitin Mühafizəsi VI Beynəlxalq Layihə Olimpiadasının iştirakçıları ilə görüşüb

Rektörümüz Bilimsel Toplantı ve İşbirliği İçin Azerbaycan Kafkas Üniversitesinde