Qafqaz Universitetində “Sərhədsiz şəfqət”adlı tədbir keçirildi
01:52 / 15.03.2012
Dünən Qafqaz Universitetində “Sərhədsiz şəfqət”adlı tədbir keçirildi.Tədbiri giriş sözü ilə Qafqaz Universitetinin rektoru Ahmet Saniç açdı və bildirdi ki,mart ayının 11- dən etibarən “Lider qadınlar” İctimai Birliyinin və Dialoq Avrasiya təşkilatının dəvəti ilə Türkiyədən bir qrup nümayəndə heyəti Bakıda səfərdədir.Səfər çərçivəsində bir sıra tədbirlər təşkil olunmuşdur.Bunlardan biri də “Analığın qorunması minilliyin əsas məqsədidir” adlı beynəlxalq konfrans keçirilmişdir.

Ahmet
Saniç öz çıxışında həmçinin bildirdi ki, bugünkü tədbir də həmin səfər
çərçivəsində həyata keçirilir.Belə ki, Türkiyədə fəaliyyət göstərən
iqtisadçı, sosioloq Nazife Şişman həmçinin bir yazardır.Onun bu
yaxınlarında yeni ərsəyə gətirdiyi “Yeni insan kaderle tasarım arasında”
adlı kitabı müəllifin sayca ikinci kitabıdır. Kitab giriş hissədən və
14 bölümdən ibarətdir.
Sonra “Lider qadınlar” İctimai Birliyinin sədri
Məlahət İbrahimqızı çıxış edərək Türkiyədən gəlmiş nümayəndə heyətinin
bu səfərini çox yüksək qiymətləndirdi.Həmçinin Nazife Şişmanın “Yeni
insan kaderle tasarım arasında” adlı kitabının Azərbaycan oxucuları üçün
də çox dəyərli stolüstü kitabına çevriləcəyinə əminliyini bildirdi. Yer
üzü Beynəlxalq Doktorlar Təşkilatının könüllüsü, Türkiyə Qadın
Sağlıqçılar Təşkilatının İdarə Heyətinin üzvü Sara Davudoğlu çıxış
edərək Azərbaycana səfərindən məmnun olduğunu bildirdi və bugünkü
tədbirin də məhz Qafqaz Universitetində keçirildiyi üçün rektor Ahmet
Saniçə öz təşəkkürünü bildirdi.
Qafqaz Universitetinin müəllimləri
Nazife Şişmanın “Yeni insan kaderle tasarım arasında” adlı kitabının
nəinki müəllimlər üçün həmçinin burada təhsil alan tələbələr üçün
dəyərli vəsait olaraq bir töhfə olduğunu bildirdilər.Həmçinin müəllifin
özü və yazdığı kitab haqqında xoş fikirlər səsləndirdilər. Tədbirin
sonunda Qafqaz Universitetinin rektoru Ahmet Saniç Sara Davudoğluna,
Nazife Şişmana,Məlahət İbrahimqızına və digər qonaqlara xatirə plaketi
və hədiyyələr təqdim etdi.
S.QARAYEVA http://www.525.az/view.php?lang=az&menu=19&id=42099