Qafqaz Biznes Formu Dünya Bankının məsləhətçisi və Harvard Biznes İnstitutunun əməkdaşı ilə seminar təşkil etmişdir.

Qafqaz Biznes Formu , Martın ayının 15-də Azərbaycan hökuməti və Dünya Bankının birgə layihəsi olan “Böyük Bakı Regional İnkişaf  Planı ” layihəsini məsləhətçisi Kaia Miller ilə seminar təşkil etmişdir. Seminarın əvvəlində Qafqaz Biznes Forumun Koordinatoru  Adiljan Abdurrazzak tərəfindən tələbələrə Miller xanım haqqında məlumat verilmişdir. 
Qeyd olunmuşdur ki, Kaia Miller Boston şəhərində yerləşən rəqabət və biznes strategiyaları üzrə  sahibkarlara və hökumətlərə  məsləhətlər verən Aslan Global adlı konsaltinq şirkətinin qurucusu və  baş icraçı direktorudur. Bu layihəyə gəlməzdən əvvəl xanım Miller Latın Amerika, Afrika,Asiya və Yaxın Şərq rəqabət və iqtisadi inkişafla bağlı məsələlər üzrə dövlət və özəl sektor rəhbərlərinə bir sıra məsləhətlər vermişdir. O,həmçinin Dünya Bankının dəstəklədiyi bir çox layihələrdə Harvard Biznes İnstitutunun Strategiya və Rəqabətlilik məsələləri üzrə Professoru Maykl Porter ilə əməkdaşlıq etmişdir.
Seminarın iştirakçıları İqtisadiyyat və İdarəetmə Fakultəsinin müəllimləri və fakültənin nəzdindəki biznesə maraqlı tələbələrin qrupu olan Qafqaz Biznes Formunun  üzvləri  olmuşlar. Seminarın ən fəal iştirakçılarına Harvard Biznes İcmalı tərəfindən nəşr olunmuş“Maykl Porteri Anlamaq-Rəqabətin və Strategiyanın Əsaslarına Giriş “ adlı  kitablar hədiyyə verilmişdir.

Bu blogdaki popüler yayınlar

THE UNIVERSITY WHICH IS CHOSEN BY THE STUDENTS WITH THE TOP SCORE OF 700

Təhsil naziri Ətraf Mühitin Mühafizəsi VI Beynəlxalq Layihə Olimpiadasının iştirakçıları ilə görüşüb

Rektörümüz Bilimsel Toplantı ve İşbirliği İçin Azerbaycan Kafkas Üniversitesinde