Kafkas İlköğretim okulunda 8 Mart bayram şənliyi keçirilib
Hər il olduğu kimi bu ildə böyük sevinclə Kafkas İlköğretim okulunda 8
Mart Beynəlxalq Qadınlar Günü münasibətilə bayram şənliyi keçirilib.
Şənlikdə məktəbin şagirdləri analara həsr edilmiş şeirlər söyləyiblər və
mahnılar oxuyublar.
Tədbirdə iştirak edən xanımlar şagirdlərin onlar
üçün hazırladıqları şənlikdən məmnun olduqlarını və bu diqqət və qayğıya
görə məktəbin pedaqoji kollektivinə təşəkkürlərini bildiriblər.
Tədbirdə Azərbaycan-Türkiyə Özəl Liseyləri baş idarəsinin rəis müavini Ayhan Sipahi iştirak edib.





