Şəki Azərbaycan-Türkiyə Özəl Liseyində 8 Mart Beynəlxalq Qadınlar Günü” qeyd edildi

Şəki Azərbaycan-Türkiyə Özəl Liseyində – də “8 Mart Beynəlxalq Qadınlar Günü” münasibətilə tədbir keçirilib. Tədbirdə liseyin şagirdlərinin valideynləri ilə bərabər Şəki şəhərində yerləşən müəssisə və təşkilatların qadın rəhbərlər, Şəki Təhsil şöbəsinin qadınlardan ibarət medot birləmə işçiləri iştirak ediblər. 
Tədbiri giriş sözü ilə açan liseyin müdiri İsmail Özcan tədbirdə iştirak edən qadınların simasında bütün qadınları təbrik edib və müdriklərin qadınlara həsr etdikləri kəlamları səsləndirib. Sonra liseyin şagirdləri ana haqqında şeirlər söyləyiblər və mahnılar oxuyublar. 
Bayram tədbirində iştirak edən xanımlar onlara göstərilən diqqət və qayğıya görə liseyin kollektivinə öz təşəkkürlərini bildiriblər. Sonda xanımlara müxtəlif hədiyyələr təqdim olunub.  
http://www.cag.edu.az/v2/index.php/8-cagdan-xbrlr/520-liseyd-8-mart-beynlxalq-qadnlar-guenue-qeyd-edildi.html
 

Bu blogdaki popüler yayınlar

THE UNIVERSITY WHICH IS CHOSEN BY THE STUDENTS WITH THE TOP SCORE OF 700

Təhsil naziri Ətraf Mühitin Mühafizəsi VI Beynəlxalq Layihə Olimpiadasının iştirakçıları ilə görüşüb

Rektörümüz Bilimsel Toplantı ve İşbirliği İçin Azerbaycan Kafkas Üniversitesinde