Sumqayıt Özəl Türk Liseyində müəllimlərin valideynləri ilə görüş keçirilib
Martın 10-da Sumqayıt Özəl Türk Liseyində çalışan müəllimlərin
valideynləri ilə görüş keçirilib.
Azərbaycanın gələcəyi üçün
fədakarcasına çalışan və öz bilik və bacarıqlarını gənc nəslə yorulmadan
öyrədən müəllimlərin valideynlərini daha yaxından tanımaq, onların
duyğu-düşüncələrini öyrənmək, ürək sözlərini eşitmək üçün təşkil olunmuş
görüşdə iştirakçılar həm həyacanlı, həm də sevincli anlar yaşayıblar.
Axı hər bir valideynin ən böyük arzusu öz doğma balasının xoş sədasını
və onun nailiyyətlərini eşitməkdir. Şagirdlərin hazırladıqları müxtəlif
ədəbi-bədii kompozisiyalar dinləyicilərin böyük marağına səbəb olub.
Tədbirdə çıxış edən bir qrup valideyinlər belə tədbirlərin onlar üçün
xüsusi əhəmiyyət kəsb etdiyini bildiriblər. Necə deyərlər, meyvəni yeyib
onu yetişdirəni düşünməmək qədirbilməzlik olardı.
Sonda liseyin müdiri
Ahmet Çamalan çıxış edərək müəllim valideyinlərinə təşəkkürünü bildirib
və onlara xatirə hədiyyəsi təqdim edib.
http://www.cag.edu.az/v2/index.php/8-cagdan-xbrlr/517-liseyd-muellimlrin-valideynlri-il-goerues-kecirilib.html 

